Bir cümlə ilə zalımın cinayətinə şərik oldu
Mьəllif: admin1
Tarix: 29-12-2021, 20:47
Bir cümlə ilə zalımın cinayətinə şərik oldu

Şeyx Rəcəbəli Xəyyat öz dost və şagirdlərini hakim dövlətlə (Pəhləvi hökuməti ilə) əməkdaşlıq etməkdən çəkindirirdi.

Xüsusilə də onları tərifləkdən uzaq olmağı tapşırırdı.

Şeyxin şagirdlərindən biri deyir ki, şeyx bir dəfə belə bir əhvalat danışdı: “Müqəddəs insanlardan birinin ruhunu Bərzəxdə gördüm. Onu mühakimə edirdilər.

Zəmanəsinin sultanının bütün nalayiq işlərini onun nameyi-əmalında da yazmışdılar. Həmin şəxs dedi:

- Bu cinayətləri mən etməmişəm.

Ona dedilər: - Sən deyildinmi onu tərif edib dedin: Ölkədə çox yaxşı təhlükəsizlik yaradıb?!

Dedi: - Bəli, düzdür.

Dedilər: - Deməli, sən onun əməlinə razı olmusan. O, öz səltənətini qorumaq üçün bu cinayətləri törədib”.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930