Batini və xarici gözəllik. İmam Əlinin (ə) gözəlliyə verdiyi izahat
Mьəllif: admin1
Tarix: 14-01-2017, 22:22
Batini və xarici gözəllik. İmam Əlinin (ə) gözəlliyə verdiyi izahat

Hələ qədim zamandan bəri gözəlliyə tərif vermək istəmişdilər. Qədim filosof Əflətun bu əqidədə idi ki, gözəllik o keyfiyyətdir ki, əşya onun bütün hamısına malik olsun və onun sayəsində gözəl hesab olunsun. Gözəlliyin aydın nişanələri bunlardır:
1. Ləzzət verməlidir.
2. Faydalı olmalıdır, yəni gözəl şey insan üçün dəyərli olmalıdır.
3. Özünün ardınca heyrətə səbəb olmalıdır.
Quranın nəzərinə görə həqiqi gözəllik batini gözəllikdir. “Allah imanı sizə sevdirdi, onu qəlblərinizdə cilvələndirdi və küfr, itaətsizlik və günahı nəzərinizdə nifrətə layiq etdi (ki, məhvdən nicat tapasınız). (Doğru) yolu tapmış kəslər belələridir”. (“Hucurat” 7).
İmam Əli (ə) təqva əhlinin nişanələrini sayan zaman buyurur: “Təqva əhlinin nişanəsi (budur ki) dindarlıqda güclüdürlər, mülayim və uzaqgörəndirlər, yəqinlə dolu imana malikdirlər, elm öyrənməkdə hərisdirlər, elmə malik olmaqla səbirlikdirlər. Zəngin olan zaman mötədil olub, ibadətdə mütidirlər, yoxsul olanda isə (gözəl sifətlərə) bəzənmiş olarlar”. (Erfan)
Hətta lənətlik Müaviyyə də İmam Əlinin (ə) həqiqi gözəlliyini etiraf etmək məcburiyyətində qalmışdı: “Heç kim Əli (ə) kimi fəsahət yolunu Qureyş üçün hamar etməmişdir. Əgər ərəblərin bütün fəsihləri bir məclisdə toplaşsa və bu xütbə oxunsa, yeri vardır ki, hamı səcdəyə getsin”.
İman insan ruhuna gözəllik bəxş edər. Əksinə - günah insan üçün çirkinlik mənbəyi olar. Quranın nəzərinə görə gözəllik iki cürdür: xarici və batini.
Şübhəsiz ki, İlahi övliyalar üçün batini gözəllik, zahiri gözəllikdən daha üstündür. İmam Əli (ə) də ən çox batini gözəlliyə üstünlük verər və buyurardı: “Batinin zinəti, zahiri zinətdən daha gözəldir”.
Həzrət Əli (ə) başqa yerdə buyurur: “Zinət – savab və həqiqətin gözəlliyi ilədir, nəinki libasın gözəlliyi ilə”.
İmam Əlinin (ə) nəzərinə görə həqiqi gözəllik mülayimlikdə, vüqarda, gözəl əxlaqda, təvazö ilə yerinə yetirilən ibadətdə, doğruluqdadır.
İlahi övliyaların nəzərinə görə, ən üstün gözəllik – əxlaqın gözəlliyidir. Əxlaq gözəl olarsa, Allahın razılığına səbəb olar və həm də insanların diqqətini cəlb edər.
İmam Əli (ə) buyurur: “Özünü yaxşı işlərə adət etdir ki, əgər onlara adət etsən, sənin üçün ləzzətli olacaqdır”.
İmam Əli (ə) başqa yerdə buyurur: “Hər kim pis əxlaqlı olsa, ailəsi ondan yorulacaqdır”.
Beləliklə deyə bilərik ki, gözəlliyi iki yerə bölmək olar: zahiri və batini. Dinimizin nəzərinə görə batini gözəllik daha dəyərli bir gözəllikdir ki, heç bir zaman məhv olmaz və aradan getməz.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930