Avtomibil nə üçün qəzaya düşdü?
Mьəllif: admin1
Tarix: 13-01-2017, 11:33
Avtomibil nə üçün qəzaya düşdü?

Şeyx heç bir narahatlıq göstərmədən maşından enir
Böyük alim və mühəddis Şeyx Abbas Quminin mindiyi avtomobilin yolda təkəri boşalır. Avtomobilin sürücüsü ruhaniləri xoşlamırdı. Ona görə də təkərin boşalmasında Şeyx Abbas Qumini təqsirli bilir və alimi maşından düşürür. Şeyx heç bir narahatlıq göstərmədən maşından enir və yolun qırağına gedərək əbasını yerə sərib oturur. Sonra boxçasından dəftər-qələmini çıxararaq yazı işləri ilə məşğul olur.
Bu arada yoldan ötən digər bir avtomobilin sürücüsü bir nəfərin yolun qırağında yazı ilə məşğul olmasını görür, ədəb qaydasına riayət edərək maşını saxlayır və çox hörmətlə Şeyx Abbas Qumini öz maşınına mindirib yoluna davam edir. Onlar bir qədər yol getdmişdilər ki, Şeyxi maşından yerə salan sürücünün qəzaya düşməsini görürlər. Kömək məqsədilə maşından enirlər. Şeyxə hörmətsizlik edərək maşından düşürən sürücü öz əməlindən peşman olur və ondan üzr istəyir.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031