Allahın səltənətinin əzəmətini göstərən hədis
Mьəllif: admin1
Tarix: 10-01-2017, 10:26
Allahın səltənətinin əzəmətini göstərən hədis
Quranın Kəhf surəsinin 109-cu ayəsində buyurulur:

“Əgər Rəbbimin sözlərini (nemətlərini) yazmaq üçün dərya mürəkkəb olsaydı və bir o qədər də ona əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə onlar tükənərdi!”

Allahın nemətləri o qədər çoxdur ki onları istifadə etməklə azalmaz və tükənməz. Allahın sultanlığı insanların ibadət edib, etməməsindən asılı deyil. Əgər bütün insanlar iman gətirib saleh əməlli olsalar belə Allahın sultanlığına müsbət və ya mənfi mənada təsiri olmaz. Eləcə də insanların hamısının Allahdan uzaqlaşması onun sultanlığına xələl gətirməz. Onun səltənəti bu sözlərdən mübərradır.

Biharul-Ənvar əsərində (cild-77, səh-136) Peyğəmbərdən (s) belə bir hədis gəlib:

“Allahın Elçisi buyurdu: Mütəal Allah buyurub: Əgər bütün bəndələrimin qəlbləri ən xöşbəxt (imanlı) bəndəmin qəlbi kimi bir yerə toplaşsalar, mənim səltənətimə bir milçəyin qanadı miqdarında belə nəsə artmayacaq. Əgər bütün bu bəndələrimin istədiklərini onlara bir-bir versəm (səltənətimdən bir şey azalmaz), bu ona bənzəyər ki bəndələrim iynənin ucu miqdarında bir şeyi dənizə atıblar. Mənim əta etməyin bir və ya bir neçə kəlmədir. Bir şeyə deyərəm; Ol, olar.”/İslaminSesi.info/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930