Ölümdən qaçmaq olsaydı…
Mьəllif: admin1
Tarix: 3-12-2019, 13:34
Ölümdən qaçmaq olsaydı…

“De: «Şübhəsiz, qaçdığınız o ölüm mütləq sizə yetişəcək, sonra isə gizlini və aşkarı bilənə tərəfə qaytarılacaqsınız. O da (dünyadakı) əməllərinizi sizə xəbər verəcəkdir»”. (“Cümə” 8).

“Məgər göylərin və yerin böyük mülkünə (Allahın onların hakim və sahibi olmasına və onların da Allahın hökmü altında və Onun mülki olmağı qəbul etmələrinə) və Allahın yaratdığı əşyalara, eləcə də ömürlərinin sonunun yaxınlaşmış ola bilməsinə baxmayıblar? (Və əgər bu kitabın dəvətinə iman gətirməsələr) bəs bundan (bu Qur’andan) sonra hansı sözə iman gətirəcəklər?”. (“Əraf” 185).

Bu ayədə Allah bütün insanları varlıq aləminin hədəfi haqqında təfəkkür etməyə dəvət edir və ölümü yada salmağı buyurur. Yəni insan bilməlidir ki, ömür cavidan deyildir.

Fürsəti sürətlə əldən gedir. Əcəl o qədər yaxındır ki, bilmir ki, sabah ölülərin içində o, da olacaqdır, yoxsa yox. Ona görə də imanlarını islah etsinlər və Allahın qüdrətini dərk etməyə çalışsınlar.

Həzrət Peyğəmbər (s) buyurur: “Ölüm insana hər şeydən yaxındır, o, isə onu hər şeydən uzaq hesab edir. Necə də insan nəfsinə qarşı böyük cürət edir və xilqət zəifliyinə baxmayaraq, aqibətini düşünmür”.

“Harada olsanız, hətta ucaldılmış hasarlar və qəsrlərin içində olsanız belə, ölüm sizi haqlayacaqdır”. (“Nisa” 78).

Hər bir insan həyatında çox şeyi inkar edə bilər. Lakin ölümü heç bir insan inkar edə bilməz. Çünki həqiqətdir və qəti olan bir şeydir.

Adətən o insanlar ki, dünyaya sevgi bəsləyir, ölümün adını eşitməkdən belə qorxurlar və qaçırlar. Bu ayələr onlara xəbərdarlıq edir ki, ölümdən qaça bilməzsiniz, harada olsanız, sizi yaxalayacaqdır.

“De: «Şübhəsiz, qaçdığınız o ölüm mütləq sizə yetişəcək, sonra isə gizlini və aşkarı bilənə tərəfə qaytarılacaqsınız. O da (dünyadakı) əməllərinizi sizə xəbər verəcəkdir»”. (“Cümə” 8).

Əmirəl-möminin (ə) ölüm haqqında buyurur: “Ey insanlar! Hər kim ölümdən qaçarsa, qaçan zaman onu görər”.

Həzrət Süleymanın ölümü, ölüm həqiqətini nümayiş etdirir. “Ölümü onun üçün (o, əsaya söykənmiş halda olarkən) qərara aldıq (və onu öldürdük). Yalnız yerdə hərəkət edən onun əsasını yeyən bir qurd (taxtabiti) onları (ailəsini və cinləri) onun ölümündən xəbərdar etdi. (Süleyman) yerə yıxılanda (qeyb elmini bilmək iddiasında olan) cinlər başa düşdülər ki, əgər qeybi bilsəydilər, o alçaldıcı əzabda qalmazdılar. (Uzun müddət müti halda artıq çoxdan dünyasını dəyişmiş sultanın hüzurunda durmazdılar.)”. (“Səba” 14).

Quran Süleyman (ə) peyğəmbərin ölümünü belə təsvir edir. O, imanlı və kamala zəsiz saraya daxil olmusan?

Həmin cavan cavab verir ki, mən o kəsəm ki, saraylara və evlərə daxil olmaq üçün icazə almıram. Mən ölüm mələyiyəm. Sənin ruhunu qəbz etmək üçün gəlmişəm. Bunu deyib, Süleymana möhlət vermədi və canını aldı.

Süleymanın (ə) ruhsuz bədəni bir müddət bu cür qaldı, o zamana qədər ki, Allah taxtabitini vəzifələndirir ki, əsanın içindən yesin. Nəhayət əsa sınır və Süleyman (ə) peyğəmbərin ruhsuz cənazəsi yerə düşür.

İmam Əli (ə) bu haqda buyurur: “Əgər cavidan həyat üçün yol olsaydı, ya ölümdən qaçış olsaydı, Süleyman ibn Davud ona daha layiq olardı. Allah cinlərə və insanlara hökumət etməyi, nübuvvət və qürb məqamı ilə bir yerdə ona əta etmişdi.

O zaman ki, ömür piyaləsi dolur və ruzisi tamam olur, yoxluq kamanındakı ölüm oxları ona tərəf yağır. Evi və diyarı ondan boş qalır. Evi sahibsiz qalır və başqaları onu irs aparırlar”.

çatmış insan öz büllur sarayında əsasına söykənərək işçilərə tamaşa edirdi. Anidən görür ki, bir cavan saraya daxil olur və ondan soruşur ki, sən kimsən ki, ica

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031