NAMAZ DİNİ QARDAŞLIQ ŞƏRTİDİR
Mьəllif: admin1
Tarix: 5-01-2017, 11:31
NAMAZ DİNİ QARDAŞLIQ ŞƏRTİDİR


Həqiqətən, möminlər (dində) qardaşdırlar
Namazın üstün keyfiyyətlərindən biri də cəmiyyəti səmimiyyətə doğru sövq etməsi, möminləri bir-birləri ilə qardaş etməsidir. Namaz qılan şəxs onunla bir cərgədə duran, əqidəsi, məqsədi təmamilə eyni olan din yoldaşına ehtiramla yanaşır və hər bir işində ona dayaq olmağa çalışır. Allah-taala Qurani-kərimdə buyurur:
“Əgər onlar tövbə edib, namaz qılsalar, zəkat versələr sizin dini qardaşlarınızdırlar”. (“Tövbə”, 11.)

Demək olar, yalnız bu ayəyə əməl etmək müsəlman cəmiyyətinin bütün problemlərini həll etmiş olar. Belə ki, ümmətdə olan mömin varlılar kasıblara, alimlər avamlara, həkimlər xəstələrə və s. sahələrdə çalışanlar vəzifələrinə uyğun olaraq xalqa, camaata xidmət etməyə başlasalar şübhəsiz ki, heç bir islam dini ardıcılı sıxıntıda yaşamayacaqdır.

Başqa bir ayədə Allah möminlərin bir olmasını, müxtəlif yerlərə parçalanmamalarını buyurur:
“Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönələsiniz!” (“Ali-İmran”, 103.)

Allah-taaala “Hucurat” surəsinin 10-cu ayəsində möminlərin dində qardaş olmasını və onların qarşılaşdıqları hər bir çətinlik və anlaşılmazlığı mehribanlıqla həll etməli olduqlarını bəyan edir:
“Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanaraq) rəhm olunasınız!” (“Hucurat”, 10.)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031