Ömür boyu ibadət etmişlərdən sayılmağını istəyərsənmi?!
Mьəllif: admin1
Tarix: 2-01-2023, 11:38
Ömür boyu ibadət etmişlərdən sayılmağını istəyərsənmi?!
Hədislərə görə möminin ehtiramı Kəbə evindən də üstündür. Möminə edilən təhqir, ona atılan iftira Allahın ərşini titrədər. Bu möminin ehtiyacını aradan qaldırmaq da olduqca əhəmiyyət daşıyır.

Ümumiyyətlə ehsan etmək, bir nəfəri olduğu çıxılmaz maddi vəziyyətdən xilas etmək, köklü şəkildə yardım göstərmək hədislərdə çox tövsiyə edilib.

İmam Əli buyurur: Ehsan etmək bu dünyada (verəcəyi səmərə baxımından) ən gözəl əkinçilik və ən çox mənfəətli əmtiədir.

Amma bu ehsan köklü şəkildə olduqda və bir möminə edildikdə onun savabı ömürülük ibadətdə olmuş şəxsin qazandığı savaba bərabər olar.

Peyğəmbər buyurub: “Hər kəs mömin qardaşının ehtiyacını aradan qaldırsa ömür boyu ibadət etmiş insanlar kimi olar”.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930