Qəflət necə olur, İnsan necə bu uçuruma yuvarlanır?
Mьəllif: admin1
Tarix: 2-01-2023, 11:41
Qəflət necə olur, İnsan necə bu uçuruma yuvarlanır?
Qəflət insanı toruna sala biləcək ən təhlükəli şeytan hiyləsidir. O qəflət ki, dünya sevgisini insanların qəlbində yaxşıca yerləşdirir, dünya, qəlblərinin maliki olur.

Onlar artıq buna qarşı heç cür müqavimət göstərə bilmirlər və hətta dünya xəstəliyinə ruhlarının tənbəlliyinə və günahlarına qarşı çıxa bilmirlər.

Beləcə günlər keçir, zaman uzanır, onlar isə bu halları ilə razılaşırlar və hər şeyə təslim olurlar. Zamanın daşıdığı müsibət və bədbəxtliklərlə özlərini xoşbəxt sayırlar.

O nöqtəyə çatırlar ki, onlar hətta doğru-dürüst hərəkət etdiklərini hesab edirlər.

Dəfələrlə olub ki, oturub düşünmüşük; gör nə hala düşmüşük, nələr etmişik və yavaş-yavaş Allahdan uzaqlaşmışıq. Beləcə sanki bir anlıq ayılırıq, amma görürük ki, məsafə çox uzaqdır, ibadətdən və əsl itaətdən çox uzaqlaşmışıq və bu yolu yenidən qət etmək dəhşət dərəcədə çətindir.

Yenə də bu fikirləri kənara qoyub, unutqanlıqla həyatımıza davam edirik. Hətta keçmişdə itaətkar olduğumuz hallar belə, sonradan bizə qəribə gəlməyə başlayır.

İtirdiyimiz xeyrə ağlamaq deyil, heç təəssüflənmirik də. Çünki biz düşdüyümüz şərri və müsibəti hiss edə bilmirik, biz geriyə qayıdıb özümüzü doğrultmağa bir addım da atmırıq və biz olduğumuz vəziyyətlə qane oluruq.

Biz düzgün iş gördüyümüzü və savab qazandığımızı düşünürük. Elə hesab edirik ki, elə doğru yol belə olmalıdır. Beləcə şeytan, bizimlə tövbə arasında olan bütün qapıları bağlamağa nail olur və o, bizim tövbəyə olan umid və arzularımızın işığın da söndürür.

Nəml surəsində buyurlur:

“... Şeytan (çirkin) əməllərini onlara gözəl göstərmiş, onları (doğru) yoldan sapdırmışdır. Buna görə də haqq yolunu tapa bilmirlər.”

Əraf surəsinin 182-ci ayəsində buyurulur:

“Ayələrimizi yalan hesab edənləri haradan olduğunu özləri də bilmədən tədriclə məhvə yaxınlaşdıracağıq! (dərəcə-dərəcə aşağı endirəcəyik)!”
Bu ayədə bildirilir ki insan necə bu vəziyyətə düşdüyünü də hiss etməyəcək.

Bir nəfər Həzrət Musaya (ə) deyir: “Sən deyirsən ki, günah sayəsində insanın qəlbi qaralar. Bəs niyə mən nə qədər günah edirəm, qəlbim qaralmır?”.

Həzrət Musa (ə) buyurur: "Qəlbinin qaralması bundan da artıq ola bilməz ki, qəlbinin qaralığını özün dərk etmirsən”.


Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031