Şeytan (lən) insan bədənində necə məskunlaşır?
Mьəllif: admin1
Tarix: 28-05-2022, 20:56
Şeytan (lən) insan bədənində necə məskunlaşır?
Sədri-Mütəhəllihin Şirazi “Məfatihil-ğeyb” kitabında yazır: “Bir nəfər nəql edir ki, Allah Təaladan istədim ki, şeytanın insan qəlbində olan məkanını və yerini mənə göstərsin.

Yatan və istirahət edən zaman yuxuda gördüm ki, bir kişidir ki, bədəni büllura bənzəyir. Belə ki, daxilini xaricindən görmək olurdu.

Onun daxilinə diqqətlə baxanda gördüm ki, şeytan bir qurbağa simasında nazik bir xortumu ilə onun sol çiynində, qulağı ilə çiyni arasında əyləşibdir. Xortumunu da sol çiynindən aşağı sallayıbdır.

Belə ki, xortumu insanın ürəyinə çatırdı və onu vəsvəsə edirdi.

O zaman ki, bu şəxs qəlbində Allahı yada salırdı və Allahı zikr edirdi, həmin qurbağa özünü geriyə çəkirdi və qaçırdı. O zaman ki, Allahdan qafil olurdu, şeytan insan qəlbinə nüfuz edir və vəsvəsə edirdi”.

Elə ona görə də Qurani-Kərim buyurur ki, Allahı davamlı olaraq zikr edin və yada salın. Çünki insan ancaq Allahı yada salaraq nicat tapa bilər.

“O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930