Ən adil və ən güclü kimdir?
Mьəllif: admin1
Tarix: 27-12-2016, 22:10
Ən adil və ən güclü kimdir?
Həzrət Musa (ə) Allah Təalaya deyir: “Ya Rəbbim! Sənin bəndələrindən kim daha güclüdür?”.
Buyurur: “O kəs ki, Mənim verdiyimə qənaət edər”.
Soruşur: “Kim daha adildir?”.
Buyurur: “O kəs ki, özündən insaf göstərər”. (Erfan)
Allahın Peyğəmbəri (s) buyurur: «Adil o şəxsdir ki, özü ilə necə rəftar edilməsini istəyirsə, camaatla da o cür rəftar etsin».
İmam Əli(ə) buyurur: «Özünü tanıyan kimsə qənaəti və iffəti gözləməyə layiqdir».
İmam Əli (ə) buyurur: «Heç bir xəzinə qənaət qədər zəngin deyil».
İmam Əli (ə) buyurur: «İffrətin kökü qənaətdir, meyvəsi isə qəm-qüssənin azalması».
İmam Sadiq (ə) buyurur: «Mən mötədil (qənaətcil) olanın yoxsul olmayacağına zəmanət verirəm».
İmam Əli (ə) buyurur: «Başqaları ilə insafla, möminlərlə isə fədakarlıqla davran».
İmam Əli (ə) buyurur: «Ən böyük savab – insafın savabıdır».
İmam Əli (ə) buyurur: «Qüdrətin zəkatı inşafdır».

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930