Təvəkkülün dərəcələri
Mьəllif: admin1
Tarix: 18-09-2021, 20:23
Təvəkkülün dərəcələri

İmam Kazım (ə) buyurur: “Allaha təvəkkül etməyin dərəcələri vardır. Onlardan biri budur ki, hər bir işində Allaha təvəkkül edəsən.

Səninlə hər nə edərsə, razı olasan. Biləsən ki, O, sənə qarşı heç bir xeyiri əsirgəmir. Biləsən ki, bu barədəki hökm, Onun hökmüdür. Ona görə də işlərini Allaha tapşıraraq, Ona təvəkkül et, həmin işində və başqa işlərində Ona etimad et”.

Allahın Peyğəmbəri (s) buyurur ki, bəndədəd bu xislətlət olmayınca, onun Allaha olan imanı kamilləşməz:

“Allaha təvəkkül etmək, Allahın əmrinə boyun əymək, Allahın qəzavü-qədərinə razı olmaq və Allahın göndərdiyi bəlaya səbr etmək. Kim Allah yolunda sevsə, Allah yolunda nifrət bəsləsə, Allaha xatir versə və Allaha görə əsirgəsə - imanı kamal həddinə çatdırıb”.

İmam Əli (ə) buyurur: «İman dörd sütun üzərində möhkəmlənib: Allaha təvəkkül, işləri Allaha həvalə etmək, Allahın əmrinə boyun qoymaq, Allahın qəzavü-qədərinə razı olmaq».

«Həqiqətən, Allah təvəkkül edənləri sevər». (“Ali-İmran”, ayə 159)

İmam Kazim (ə) buyurur: “Loğman oğluna dedi: «Dünya dərin dənizə bənzər, çox insanlar onda qərq olublar. Buna görə (xilas olmaq üçün) sənin bu dənizdə (mindiyin) gəmin gərək ilahi təqva, onun yükü – iman, yelkəni – təvəkkül, kapitanı – ağıl, yol göstərəni – elm və sükanı da səbir olsun»”.

Allahın Peyğəmbəri (s) buyurur: «Qiyamət günü Sirat körpüsündən keçəndə müsəlmanların şüarı «Allahdan başqa Allah yoxdur və təvəkkül edənlər gərək Allaha təvəkkül etsinlər» olacaq».


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930