İmanın şərti – dini qeyrətə malik olmaqdır
Mьəllif: admin1
Tarix: 2-10-2022, 11:31
İmanın şərti – dini qeyrətə malik olmaqdır
“Ey iman gətirənlər, sizdən əvvəl (səmavi) kitab verilmiş kəslərdən və (digər) kafirlərdən sizin dininizi lağa qoyan və ələ salanları özünüzə dost və köməkçi tutmayın və əgər möminsinizsə, Allahdan qorxun”. (“Maidə” 57).

Bu ayənin nazil olma səbəbi barəsində Fəxri Razi nəql edir: “Müşriklərdən iki nəfər İslam dinini qəbul etdiklərini bildirirlər ki, birinin adı Rəfaə, və o birisinin adı Suyid idi. Sonralar isə münafiqlərin dəstəsinə qoşuldular.

Müsəlmanların bəzisi bu iki nəfərin evinə gedib-gəlirdilər. Onlarla dost olduqlarını bildirirdilər. Yuxarıdakı ayə nazil olur və onları bu əməldən çəkindirir”.

Sonrakı ayə nazil olur ki, Allah bu ayədə buyurur: (58) “(İnsanları azan vasitəsilə) namaza çağırdığınız zaman onlar onu lağa qoyar və ələ salarlar. Bu, ona görədir ki, onlar düşünməyən bir tayfadırlar”.

Nəql edilir ki, nə zaman azan verilsə və müsəlmanlar namaz qılmaq üçün dayansa idilər, yəhudilər və xristianlar onları lağa qoyar və ələ salardılar. Qurani-Kərim buyurur ki, onlarla dostluq etmək qadağandır.

Bu ayələrdən çıxartdığımız nəticələr:

1. O kəs ki, Allah dinini təhqir edər, onunla rabitəni kəsmək lazımdır.

2. İmanın şərti – dini qeyrətə malik olmaqdır.

3. Dini ələ salmaq – düşmən mübarizəsinin bir növüdür.

4. İlahi təqva lazım bilir ki, düşmənlərdən qorxmayaq, ancaq onlarla dost da olmayaq.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930