Ayətullah Behcətin nadir tövsiyələri
Mьəllif: admin1
Tarix: 18-05-2017, 12:32
Ayətullah Behcətin nadir tövsiyələri
Ayətullah Behcətin tövsiyələrini ehtiva edən "Be Suye Məhbub” əsərindən bəzi iqtibaslar
İslaminSesi.info Ayətullah Behcətin tövsiyələrini ehtiva edən "Be Suye Məhbub” əsərindən iqtibas edilmiş bəzi irfani və dərin məzmunlu nəsihətləri təqdim edir:

1. Bildiyinizə əməl edin, bilmədiyinizdə isə ehtiyatlı davranın. İmkan verin məsələ aydınlaşsın. Əməl etməyən insandan möcüzə gözləməyin. Mən bilirəm sizlər çoxlu moizələr eşitmisiniz, amma hələ əməl etməmisiniz.

2. Bəzi insanlara inanırsınız (Bəzi alimlərin müridisiniz). Əsas onların əməllərini diqqətdə saxlamaqdır. Onlar bir əməli etsə də siz (dərhal korkoranə etməyin) onu ixtiyar üzündən həyata keçirin. Etmədikləri əməlləri etməyəndə də öz seçiminizlə etməyin.

3. Məlumdur ki, hər gün Quran oxumaq, hər zaman və hər məkanın dualarını oxumaq, namazların təqibatını demək və qeyriləri , məscidlərə və şərafətli yerlərə çox getmək, alimləri və saleh bəndələri ziyarət etmək, onlarla otur-dur etmək Allahı və Rəsulunu razı salar. Gərək bəsirətimizin arması, ibadətə və tilavətə şövq gündən-günə artsın və dayanmasın. Qafil insanlarla otur-dur etmək isə qəlbi qaraldar, insanı ibadətlərdən və ziyarətlərdən uzaqlaşdırar. Bilin ki, yaxşı əməllər də ibadətlərdən, tilavətlərdən sonra hasil olmağa başlayar. İmanı zəif olanlarla otur-dur etmək insanın halətini pisləşdirər və onu nöqsana aparar. Ona görə əgər zəruri deyilsə zəif imanlı insanlarla oturmaq sizin yaxşı vərdişlərinizi alar, onların fasid əxlaqını sizə aşılayar.

4. Hədəfiniz gərək, bütün ömrünüzü Allahı yad etməyə, ona itaət və ibadət etməyə sərf etmək olsun. Bu olmalıdır ki, Qürb dərəcəsinin sonuncu pilləsinə çataq. Yoxsa belə olmasın ki, bir zamanlar özümüzü çox geridə qalmış görək.

5. Dəfələrlə demişəm indi də deyirəm: Əgər biri, "Allah onu yad edənlə həmnişin olar” həqiqətini bilirsə, artıq başqa bir moizə eşitməyə ehtiyacı yoxdur. Belə adam artıq bilir nə etmək lazımdır, nə etmək lazım deyil.

6. Bəziləri yaxınlaşıb, bizə dua et deyirlər. Mən soruşuram nə üçün?. Dərdini açıqlayır. Biz də dərmanını deyirik. Təşəkkür etmək əvəzinə yenə dua edin deyirlər. Bizim dediklərimizlə onların istədikləri bir-birindən çox uzaqdır. Əgər əməl olsa nəticə hökman olacaq.
 
 
 

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031