Namaz fərdi və cəmiyyəti islah edir
Mьəllif: admin1
Tarix: 20-12-2016, 11:29
Namaz fərdi və cəmiyyəti islah edir

Dini inanc insanı bütün çirkinliklərdən, nəfsani istəklərin ifrat halı alması təhlükəsindən xilas edir
Ümumiyyətlə, Allahın əmrlərini yerinə yetirib, haram edilən əməllərdən uzaqlaşmaq yer üzündə ən mütərəqqi dövlətin yaranmasına səbəb olar. İslam dinində əmr xarakteri daşıyan şeylər insanları elmə, ədalətə, bərabərliyə, mübarizəyə, çalışmağa, səadətə və s. dəvət etdiyi halda qadağalar isə onları azğınlıqdan, zəlalətdən uzaqlaşdırır.
Dinin vacib əməllərindən biri olan namaz da bu keyfiyyətə malikdir. Qurani-kərimdə Allah bu məsələni belə xatırladır:
“Kitabdan (möhkəm) yapışanlar, (vaxtlı-vaxtında, lazımınca) namaz qılanlar (bilsinlər ki) Biz əməlisalehlərin mükafatını zay etmirik!” (“Əraf”, 170.)

Dini inanc insanı bütün çirkinliklərdən, nəfsani istəklərin ifrat halı alması təhlükəsindən xilas edir. Dinin qaydalarına əməl edən şəxs formalaşmış bir fərd olduğu üçün özünə hörmətlə yanaşdığı kimi, başqaları ilə də hörmətlə davranır və özünü rəzil əxlaqi keyfiyyətlərdən islah etdiyi kimi başqalarını da bu keyfiyyətdə görməyə çalışır. Cəmiyyəti təşkil edən fərdlər olduğu üçün onların islahı böyük bir kütlənin islah olunması ilə nəticələnir.
Allahdan bütün möminləri əsl bəndə olmaqda müvəffəq edib, dünya və axirət səadətini onlara nəsib etsin! Amin!
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031