Hansı imam (ə) Həccə gedə bilməyib?
Mьəllif: admin1
Tarix: 1-01-2022, 20:33
Hansı imam (ə) Həccə gedə bilməyib?
İmam Həsən Əsgərinin(ə) Mədinədə ya İraqın Samirra şəhərində dünyaya gəlməsi dəqiq deyil. Bu zaman Mütəvəkkil Abbasi İmam Hadini Mədinədən Samirraya gətizdirdi.

Məqsəd isə imamın Samirrada hərbi qərargahda nəzarət altında saxlanılması idi. Buna görə imam Hadiyə və eləcə də 11 –ci imama bəzən Əsgəri deyilir.

Hər halda bu dəqiq tarixdir ki, imam Həsən Əsgəri (ə) uşaq yaşlarında ikən Həccə gedə bilməyib. Çünki onlar ev dustaqlığı şəraitində idilər. İmamın həccə yollanması haqda da dəqiq bir hədis və fakt yoxdur.

Amma Əllamə Məclisi Biharul-Ənvar əsərində (cild-50 səh-265, cild-25 səh-269) bəzi hədisləri gətirir ki, orada шmam Həsən Əsgərinin(ə) bəzən Abbasi xəlifəsinin icazəsi ilə şəhər ətrafına çıxması qeyd edilir.

Belə bir zamanlarda imamın Məkkəyə həccə gedəcəyi istisna edilmir.

Şeyx Səduq Uyun Əxbarur-Riza əsərində (cild-2 səh-135) bir nəfərin Məkkədə olarkən imam Həsən Əsgəridən(ə) nəql etdiyi hədisi gətiribdir. İmamın həccə getməsi tarixdə yer almasa da bu hədis 11-ci imamın haçansa Məkkədə olmasına işarədir.

Onu da qeyd edək ki, hər hansı bir imamın həccə getməməsi, onun həccə əhəmiyyət verməməsi anlamında deyil. Bu sadəcə imamın yaşadığı dövrdə necə zülm və nəzarət altında olmasını ortaya qoyur.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930