Allahın bəndəyə lütf nəzəri salmasının əlamətləri hansıdır?
Mьəllif: admin1
Tarix: 1-01-2022, 20:37
Allahın bəndəyə lütf nəzəri salmasının əlamətləri hansıdır?
Allahın Öz bəndəsinə lütf nəzəri salmasının əlamətləri bunlardır:
İnsan ömrünü düzgün və faydalı işlər üçün xərcləyər;

İnsan Allahın ona üz çevirməsi ilə nur əldə edər və müştaqcasına ibadət etmək tofiqinə nail olar;

İnsanlara xidmət etmək üçün tələsər;

Ətrafında olanların əziyyətinə dözər;

Günahdan qaçar.

Bunlar Allahın bəndəsinə üz çevirməsinin nişanələridir.

“Kumeyl” duasında İmam Əli (ə) Allaha ən kəskin andlarla and verir və buyurur: “Bu, ən böyük bəladır ki, Allah insandan üz döndərər”.

Cəbrayil (ə) Həzrət Peyğəmbərə (s) tez-tez deyərdi: “Ya Rəsulallah! Allah Təala buyurur: “Dörd nəfərə mənim salamımı çatdır: Əli ibn Əbutalibə (ə), Səlman Farsiyə, Miqdad ibni Əsvədə, Əbuzər Ğəffariyə”.

Əgər insan Allaha üz çevirərsə, Allah da ona üz çevirər. Arifə deyirlər ki, halın necədir? Deyir: Əlhəmdulilləh. Deyirlər: Çoxlu halın olması nə üçündür?

Deyir: Ona görədir ki, hər bir çərx ki, bu aləmdə fırlanar, hər bir bulaqdan axan su, çıxan günəş – hamısı mənim razılığım və istəyimlədir.

Soruşurlar ki, məgər sən kimsən ki?

Deyir: Mənim özümdən istəyim yoxdur. İradəm “Fani fi iradətəllah” dır. Ona görə də o şey ki, bu dünyada baş verir, sanki mənim iradəmlədir.

Mənim məhbubum hər bir şeyi fırladandır və mən də məhbubumun fırlatmasından razıyam”.

Ona görə də deyə bilərik ki, əgər Allahın bizə üz çevirməsini istəyiriksə gərək ilk olaraq, biz Ona tərəf üz çevirək.



/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930