İslami vəhdətin üç mühüm nöqtəsi
Mьəllif: admin1
Tarix: 3-12-2017, 00:21
İslami vəhdətin üç mühüm nöqtəsi

Müsəlmanların Allahı bir, peyğəmbəri bir, qibləsi bir, kitabı bir, Əhlibeyti birdir.

İslam Peyğəmbərinin (s.ə.s) təvəllüd günü ümmət tərəfindən bir həftə qeyd edilir. Əhli-sünnənin rəyi ilə şiələrin rəyi arasında bir həftə fasilə vardır. Bu bir həftə həqiqətən də İslam ümmətinin vəhdəti üçün çox mühümdür.

Müsəlmanların Allahı bir, peyğəmbəri bir, qibləsi bir, kitabı bir, Əhlibeyti birdir. Tarix boyu İslam alimləri islami vəhdətə işarə edərək ümmətin yaxınlaşmasına, məzhəblərin birləşməsinə səbəb olmuşlar. Düşmənlər isə müsəlmanlara hücum etdikcə onların birləşməsinin, başqa sözlə desək özlərinin xəbis planlarının əleyhlərinə işlədiyini gördükdə qərara almışlar ki, İslam ümmətini parçalamaqdan ötrü başqa vasitələrə əl atsınlar. Bu səbəbdən vahhabiyyət kimi siyasi cərəyanları İslam adına maliyyələşdirib meydana çıxarmışlar. Daha sonra əl-Qaidə, Boko Haram, ən-Nüsrə kimi terror təşkilatlarını, ən sonda da "xəlifə", İslam dövləti" adıyla İŞİD-i fitnəsini müsəlmanlar arasına salmağa çalışdılar.

İngilis casusu Mister Hemfer öz xatirələrini yazdığı kitabında Mühəmməd ibn Əbdülvahhabla tanış olması, o və tərəfdarlarını maliyyələşdirməsi barədə bəzi qeydlər edib. Vahhabiyyətin banisi olan bu şəxsin İslam düşmənləri tərəfindən ortaya atılmasını açıqca yazır. Elə vahhabiyyət haqqında yazılan kitablara nəzər saldıqda aydın olur ki, Mühəmməd ibn Əbdülvahhabın münhərif fikirləriylə tanış olduqda ilk növbədə əhli-sünnə alimlərindən olan öz atası onu rədd edir. Sonra məntəqənin digər alimləri də onun zərərli və islamazidd fikirlərini rədd edirlər. Mühəmməd ibn Əbdülvahhab isə Ərəbistanda hakimiyyətə gəlmək istəyən qüvvələr tərəfindən dəstəklənir, bu qüvvələrin silahı, onun sərsəm fətvaları sayəsində məntəqə sakinlərinə zülm edib öz dayaqlarını möhkəmlətməyə çalışırlar.

Bu gün - Allaha həmd edirik ki, həqiqi islam alimləri –sünnülü, şiəli – İŞİD fitnəsini qısa bir zamanda dünyaya tanıtmağa müvəffəq oldular.
İslam vəhdətini qazanmaq üçün üç mühüm nöqtəyə diqqət edilməlidir.

1. Hər bir müsəlman ölkəsində yaşayan müsəlmanlar – şiə və sünnü olaraq vətəndaş mövqeyindən çıxış etməli və daxili-xarici düşmənlərin qarşısında güc və vəhdət nümayiş etdirməlidir. Belə olduğu təqdirdə mümkün qədər ölkədə sabitliyi qoruyub saxlamağa cəhdlər ediləcək.

2. İkincisi müxtəlif ölkələrdə yaşayan islami məzhəb təmsilçilərinin vəhdətidir. Hər bir müsəlman bu gün çox yaxşı başa düşür ki, düşmən müsəlmanların vədətinin olmamasından sui-istifadə edib torpaqlarını və sərvətlərini qəsb edir, öz mənfur və oyunbaz adamlarını onlara başçı təyin edir. Buna görə də şiə məntəqəsidə terror edib sünnülərin, sünnü məntəqəsində qəza törədib şiələrin ayağına yazırlar. Müsəlmanlar isə bu kimi məsələlərdə ayıq-sayıq olmalı, düşməni sevindirməməlidir.

3. Nəhayət son və ən mühüm məsələ bundan ibarətdir ki, müsəlmanlar məzhəbindən asılı olmayaraq bir-birinin hidayətinə can atmalıdır. Hətta öz aralarında baş tutan debatlar belə sağlam təməllər üzərində qurulmalıdır. Məqsəd yanlış yolda olan şəxsi tutarlı və möhkəm dəlillərlə haqqa səsləmək olmalıdır. Məqsəd təhqir, alçaltmaq, müqəddəsatlara dil uzatmamaq olmamalıdır. Bu cür sağlam təməllərə dayanan debatların zərəri yox, faydası vardır.
Sonda İslam ümmətinin yaxınlaşması yolunda böyük işlər görmüş, Qüds günü kimi islami həmrəyliyə dəvət edən bir günün qeyd edilməsi təşəbbüsünü irəli sürən İslam İnqilabı Rəhbəri mərhum İmam Xomeyni ağanın bir nəsihəti hər bir müsəlmanın qulağında sırğa olmalıdır. Mərhum İmam buyurur ki, müsəlman namazda əllərini necə qoyması haqda düşünərkən, düşmən bu əli necə qırması barədə plan qurur. Var gücümüzlə çalışmalıyıq islami vəhdəti qoruyub saxlayaq və düşmən dəyirmanına su tökməyək.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930