İnsan çətinliyə düşən zaman 2 rükət namaz qılarsa və ondan sonra hacətini istəyərsə, Allah hacətini yerinə yetirər
Mьəllif: admin1
Tarix: 9-11-2017, 21:22
İnsan çətinliyə düşən zaman 2 rükət namaz qılarsa və ondan sonra hacətini istəyərsə, Allah hacətini yerinə yetirər
Bir nəfər İmam Sadiqin (ə) yanına gəlir və deyir: “Etdiyim günah çox böyükdür”. İmam (ə) soruşur: “Məgər hansı günahı yerinə yetirmisən?”. Həmin şəxs etdiyi günahı İmam (ə) üçün şərh edir. Qurtarandan sonra İmam (ə) üzünü həmin kişiyə çevirir və buyurur: “Allah bağışlayar. Mən qorxdum ki, sübh namazını qəza etmiş olarsan”.

Quran buyurur ki, insanın səadəti iki şeydən asılıdır ki, onlardan biri də namazdır. “(İşlərinizdə) səbir (oruc) və namazdan kömək diləyin”. (“Bəqərə” 45).

Namaz insanı hidayət edər və səadətə tərəf yönləndirər. Həzrət Peyğəmbər (s) buyurur: “Bu namaz insana nicat verər”. Hədislərimizdə oxuyuruq ki, əgər insan çətinliyə düşən zaman iki rükət namaz qılarsa və ondan sonra hacətini istəyərsə, Allah hacətini yerinə yeirər.

Əgər həyatımızdakı düyünlərin açılmasını istəyiriksə, gərək namazlarımıza diqqət edək. Onu əvvəl vaxtda qılmağa çalışaq. Bütün işlərimizi namaza fəda edək. “Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır”. (“Taha” 124).

“Vay halına o namaz qılanların ki, Onlar öz namazlarından qafildirlər və ona etinasızdırlar”. (“Maun” 4-5).

Bu insanlar məhşər səhnəsinə kor, kimsəsiz və pənahsız daxil olarlar və onlara xitab olunar ki, dünyada namaz qılmadığına, bizi unutduğuna, bizə əhəmiyyət vermədiyinə görə indi biz də səni unuduruq. “(Allah) buyurar: Sənə Bizim aydın ayə və nişanələrimiz gəldi, amma sən (bu gün kor olduğun və unudulduğun kimi) onları unutdun. Sən bu gün də (kor olacaq və) unudulacaqsan!”. (“Taha” 126).

Namaza diqqət göstərmək insanın dünya və axirət işlərini asanlaşdırar. Namaz insanın acı həyatını şirinləşdirə bilər. Hədislərdə oxuyuruq ki, əgər insan namazını yaxşı qılarsa və namazı qəbul olarsa, bu cür namazdan sonra bir dua mütləq yerinə yetər.

İmam Sadiqdən (ə) soruşurlar ki, axəril-zamanda yaşayanların ruzisi niyə az olacaqdır? İmam (ə) buyurur: “Ona görə ki, bəzən namazları qəza olar”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930