Əsirkən azad, azadkən kölə
Mьəllif: admin1
Tarix: 26-05-2022, 12:35
Əsirkən azad, azadkən kölə

İnsan tamah və acgözlük kəməndindən yaxa qurtarmaqla “azad”lığa qovuşur.

İmam Əli (ə) buyurub: “Qul aza qane olarsa, “azad”, azad tamahkarlıq edərsə “kölə”dir. “Qürər əl-hikəm” c. 1, səh. 113.

Bəzən insan daxilindəki bağlar onu məhdudlaşdırıb köləyə çevirir. Cəmiyyətdə imkanlı, ziyalı və pullu kölələr görmək mümkündür.

İnsan tamah və acgözlük kəməndindən yaxa qurtarmaqla “azad”lığa qovuşur.

O, “qənaət xəzinəsi”ndən yararlanır, tamahkarlıq üzündən digərlərinə əl uzatmırsa, kölə olsa belə izzətlidir, izzətinin başlıca səbəbi isə tamahkarlıq və acgözlükdən azad olmasıdır.

Lakin tamahkarlar güclü, varlı olsalar da həmişə gözləri başqalarının əlində olur. Onları “köləlik zilləti”nə sürükləyən, tamahkarlıq və gözüdoymazlıqdır.

Hərisliyə yoluxanlar “varlar”ını qorumaq, yaxud “yoxlar”ına çatmaq üçün nökər olur, yaltaqlıq edir və rüsvayçı həqarətlərə qatlaşırlar.

Bəli, İmamın (ə): “Qane olanlar azad, tamahkarlar isə kölədir”, - söyləmi əsassız deyil.
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031