İmam Həsən Əsgəri (ə) və qeybdən xəbər verən 500 dirhəm
Mьəllif: admin1
Tarix: 8-12-2016, 20:33
İmam Həsən Əsgəri (ə) və qeybdən xəbər verən 500 dirhəm
İmamın bariz fəzilətlərindən biri də onun əliaçıq olması və imkansızlara davamlı əl tutması idi. İmamın islam dünyasının müxtəlif bölgələrində vəkilləri var idi. Bu vəkillər islamın təyin etdiyi malları və pulları verənlərdən təhvil alar, yoxsullar, imkansızlar və sair kimi imamın təyin etdiyi yerlərə sərf edərdilər.

Kəşful-Ğimmə (cild-3, səh-2) əsərində imam Həsən Əsgərinin qeyb elmini bilməsi və səxavətliliyi barədə belə bir hədis gəlibdir:

“Məhəmməd ibni Əli ibni İbrahim ibni Musa ibni Cəfər deyir: Əlimiz boş vəziyyətimiz çətinləşmişdi. Atam mənə dedi: Məni barəsində səxavətli fəzilətlər deyilən kişinin (İmam Həsən Əsgəri) yanına apar! Ona dedim: Sən onu tanıyırsanmı? Atam cavab verdir: Görməmişəm amma barəsində çox eşitmişəm. Yola düşdük. Yarı yolda atam dedi ki, nə olaydı, bu kişi bizə 500 dirhəm verəydi. İki yüz dirhəm geyimə görə, iki yüz ərzaqa görə yüz isə digər xərclərə görə.

Mən də öz-özümlə dedim: Ey kaş mənə də üç yüz verəydi. Yüz dirhəmlə ulağ alaram,yüz dirhəmlə geyim alıb Cəbəl bölgəsinə gedərdim, yüz dirhəmlə də digər xərclərimi ödəyərəm. O kişinin evinə çatanda evin nökəri birinci qarşımıza çıxdı. Çıxıb dedi ki, Əli ibni İbrahim və oğlu Məhəmməd içəri girsin. Girən kimi oturduq. O kişi üzünü atama tutub dedi: Ey Əli indiyə qədər niyə bizim yanımıza gəlmirdin?

Biz biraz oturub söhbətləşdik və sonra çıxdıq. O həzrətin nökəri də arxamızca gəldi və atama bir kisə pul verdi və dedi: Bu 500 dirhəm, 200-ü geyimə, 200-ü ərzaqa, 100-ü də digər xərclərə. Sonra o nökər mənə də bir kisə uzatdı veə dedi: Bu 300 dirhəm yüzü ulağa, yüzü geyimə və yüzü digər xərclərə. O nökər mənə dedi: Qaldı ki, hara getməyinə, Cəbəl bölgəsinə getmə! Sura (Bağdadın cənubunda qədimi bölgə) tərəfə get!

Məhəmməd daha sonra o həzrətin dediyi kimi Cəbələ yol Sura tərəfə getdi və çoxlu mənfəət əldə etdi. O daha sonra imkanlı ələvilərdən biri oldu."İslaminSesi.info


Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930