Niyə İmam Əli (ə) behişt və cəhənnəmi ayırandır?
Mьəllif: admin1
Tarix: 9-11-2017, 21:31
Niyə İmam Əli (ə) behişt və cəhənnəmi ayırandır?
Həzrət Əlinin (ə) davamçısını tanımaq üçün ilk əvvəl Əlini (ə) tanımaq lazımdır. Əhli-Beyt (ə) davamçıları o kəsə deyilir ki, öz rəhbərlərinə itaət edirlər və onun ardıcılıdırlar. Allah Təala buyurur: “Həqiqətən İbrahim (dində, kitabda və şirklə mübarizədə) onun davamçılarından idi”. (“Saffat” 83).

Tarixçilərin və fəqihləri nəzərinə görə, Əhli-Beyt (ə) davamçısı o kəslərə deyilir ki, Əlini (ə) və övladlarını sevirlər. Peyğəmbər (s) buyurmuşdur: “Əli (ə) mənim canişinimdir”.
Tarix boyu ən çox zülm və əziyyətə düçar olan da məhz Əhli-Beyt (ə) davamçıları olmuşdur. Məsum İmamların (ə) həyatına nəzər salanda da bunu aydın şəkildə görmək olur. Lakin bu zülmlərə baxmayaraq, Əhli-Beyt (ə) davamçısı heç bir zaman təslim olmamış və İmamının (ə) ardıcılı olaraq bu zülmlərlə mübarizə aparmışdır.
İmam Əli (ə) buyurur: “Allaha and olsun ki, əgər yeddi iqlimi və o şey ki, əflakın altındadır mənə versələr ki, qarışqanın ağzındakı arpa qabığını götürərək günah edim – heç bir zaman belə etmərəm”.

İnsanlar vilayət baxımından iki dəstəyə bölünürlər: Əlinin (ə) dostları və düşmənləri. İmam Sadiqdən (ə) soruşurlar ki, niyə İmam Əli (ə) behişt və cəhənnəmi ayırandır? Buyurur: “Çünki onunla dostluq – iman və onunla düşmənçilik – küfr hesab olunur. Behişt möminlər üçün və cəhənnəm kafirlər üçün xəlq edilmişdir”.

Əgər kimsə özünü Əhli-Beyt (ə) davamçısı hesab edirsə, gərək bir cümlə ilə onun davamçısı olsun, ona iqtida etsin, Əhli-Beytin (ə) bəyan etdiyi bütün şərtlərə əməl etsin. İmam (ə) “Nəhcul-bəlağə”də buyurur: “Mən möminlərin rəhbəriyəm, mal (dövlət) günahkarların rəhbəridir”. Ona görə də deyə bilərik ki, dünyapərəstlər Əhli-Beyt (ə) davamçısı sayıla bilməzlər.

İmam Sadiq (ə) buyurur: “Bizi tanıyan hər bir müsəlmana vacibdir ki, nəfsini gecə və gündüz hesaba çəksin. Əgər yaxşı iş görsə, onu artırsın. Əgər xataya düçar olubdursa, Allahdan bağışlanma istəsin”.

İmam Baqir (ə) buyurur: “Allaha and olsun ki, bizim davamçımız deyildir (o kəs ki), məgər İlahi təqvaya riayət etsin və onun ardıcılı olsunlar”.
Ona görə də deyə biərik ki, həqiqi Əhli-Beyt (ə) davamçısı o kəsdir ki, Əbuzərin, Əmmarın, Səlmanın ruhu onda olsun.

İmam Əli (ə) həqiqi Əhli-Beyt (ə) davamçısı barəsində buyurur: “Şadlığı üzündədir, qəmi qəlbində gizlidir, sinəsi hər bir şeydən genişdir, nəfsi hər bir şeydən xardır. Üstün olmağı çirkin və riyakarlığı düşmən bilir. Qəmi uzundur, hümməti ucadır, sükutu çoxdur, şüükr edən, səbirli və dərin düşüncəlidir. Kimsədən bir şey istəməz, mülayim və təvazökardır”.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930