Yaxşı söz ruzini necə artıra bilər?
Mьəllif: admin1
Tarix: 30-05-2022, 23:40
Yaxşı söz ruzini necə artıra bilər?
Ruzini artıran əməllərdən biri də ədəb-ərkanı nümayiş etdirən yaxşı sözlər deməkdir.

Ruzini artıran əsas amil şükr etməkdir. Allah Quranda buyurub: Əgər şükr etsəniz mən artıraram. (İbrahim, 7)

Ruzinin artması üçün əməllərin toplusu var. Bu əməllərin bir qismi əxlaqi keyfiyyətlərlə, bir hissəsi insanlar arasında ictimai münasibətlərlə, bir neçəsi dua və ibadətlərlə, daha bir qismi isə məişət həyatı ilə əlaqədardır.

Məsələn, ruzisinin artmasını istəyən şəxs gərək Allaha çox təvəkkül etsin, hər bir işi görəndə niyyətini paklaşdırsın (səmimi olsun), haram qarşısında şəhvətini cilovlasın, günahlarını yada salıb tez-tez tövbə-istiğfar etsin. Bunlar əxlaqi keyfiyyətlərə aid olan məsələlərdir.

Bəzi müstəhəb dua və zikrlərin də ruziyə təsiri olur. Məsələn, gecə namazları qılmaq, öz mömin qardaşının xəbəri olmadan onun barəsində Allaha dua etmək, Ya-Sin surəsini və ayətül-kürsini oxumaq, hər gecə Vaqiə surəsini, cümə günləri Saffat surəsini tilavət etmək ruzini bollaşdırar.

Ruzini artıran əməllərdən biri də ədəb-ərkanı nümayiş etdirən yaxşı sözlər deməkdir.

Pеyğәmbәr (s) buyurub: “Gözәl dаnışıq ruzini аrtırаr.” (“Bihаrul-әnvаr”, c. 73, sәh. 318.)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031