Günahın tərki tövbədən daha asandır
Mьəllif: admin1
Tarix: 26-11-2016, 22:43
Günahın tərki tövbədən daha asandır

«Öyüd-nəsihət necə də çox, ibrət götürən isə necə də azdır».
Əmirəlmöminin imam Əlinin (ə) buyuruqlarından...

«İnsana ona üz vermiş müsibət qədər səbr verilir. Çətinliyə düşəndə dizinə döyən insan savabı əldən verir».

«Kişi dilinin altında gizlənmişdir».

«Günahın tərki tövbədən daha asandır».

«Dünyanın acılığı axirətin şirinliyi, dünyanın şirinliyi axirətin acılığıdır».

«Öyüd-nəsihət necə də çox, ibrət götürən isə necə də azdır».

«Miskin və ehtiyaclı şəxs Allahın elçisidir. Onu rədd edən Allahı rədd etmişdir. Ona bir şey bağışlayan Allaha bağışlamışdır».

«Xalqın əlində olana etinasızlıq ən böyük var dövlətdir».

«Ən böyük günah odur ki, insan onu kiçik saysın».

«Batinini islah edən şəxsin zahirini Allah islah edər. Axirət üçün iş görənin dünyasını Allah təmin edər».

«Ləzzətlərin ötüb keçəcəyini, onların cəzasının isə qalacağını yadda saxlayın».

«Kiçik müsibəti böyük sayan şəxsi Allah böyük müsibətə düçar edər».
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031