Hər dərdi camaata demə!
Mьəllif: admin1
Tarix: 25-11-2016, 13:39
Hər dərdi camaata demə!

"Dua edərəm, amma düşdüyün hər çətinliyi camaata danışma"
Mufəzzəl ibn Qeys deyir: İmam Sadiqin (ə) görüşünə getdim. Həyatımla bağlı bəzi məsələlərə görə şikayətləndim. Ondan dua istədim. Həzrət kənizini çağırıb buyurdu: “Əbu Cəfərin bizə göndərdiyi pul kisəsini gətir.” Kisəni gətirdilər. İmam buyurdu: “Bu kisədə dörd yüz dinar pul var. Bu puldan istifadə edib çətinliklərini aradan qaldır.” Dedim: “Sənə fəda olum, and olsun Allaha, pul almaq məqsədim yox idi. Yalnız dua üçün gəlmişdim.” Buyurdu: “Dua edərəm, amma düşdüyün hər çətinliyi camaata danışma, yoxsa yüngül görünər, alçalarsan!” (“Ricale-kəşiş”, 144; “Biharul-ənvar”, 47-34, bab 4, hədis 31; “Mustədrəkul-vəsail”, 7-226, bab 31, hədis 8101)

Qonağa hörmət
Abdullah ibn Yəfur deyir: İmam Sadiqin (ə) hüzurunda bir qonaq gördüm. Bir gün qonaq müəyyən işlər görmək üçün ayağa qalxdı. Həzrət onu heç bir işə əl vurmağa qoymadı və lazım olan işləri özü yerinə yetirdi. Sonra buyurdu: “Peyğəmbər (s) qonağı işlətməyi qadağan etmişdir.” (“Kafi”, 6-283)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031