Qurani-Kərim niyə bəzi insanları heyvanlara bənzədir?
Mьəllif: admin1
Tarix: 16-10-2022, 21:29
Qurani-Kərim niyə bəzi insanları heyvanlara bənzədir?
Quranda elə ayələr vardır ki, bəzi insanları itə, uzunqulağa bənzədir, bəzilərini isə heyvandan da alçaq hesab edir. Heyvanların insan həyatındakı roluna nəzər salan zaman görmək olur ki, bu bənzətmələrdə güclü məntiq vardır.

İnsanın əyninə geyindiyi ən bahalı paltar heyvan dərisindən tikilir. İnsanın ən mühüm qidası: ət, süd, bal və s. heyvandandır.

Heyvanlar insan üçün nəqliyyat vasitəsidir. Bütün fabriklər: ipək istehsalı, yağ istehsalı, süd məhsullarının istehsalı, toyuqçuluq, heyvandarlıq – heyvanlarla bağlıdır.

Heyvanların bəzisi insanların müəllimi sayılır: qarğa ölünü necə dəfn etməyi Adəm (ə) övladına öyrətmişdi. Bəziləri peyğəmbərlərə (ə) xəbər vermək rolunu oynayıblar.

Hud-hud Səba xalqının xəbərini Süleymana (ə) vermişdi. Bəziləri peyğəmbərlərin (ə) mühafizi olmuşdular. Hörümçək Peyğəmbərə (s) mağarada yardım edir.

Heyvanları əhliləşdirmək olur.

Hətta insana əziyyət verən heyvanlardan olan ilan insanı o zaman sancır ki, ona yaxınlaşsın. Ona görə də deyə bilərik ki, o insanlar ki, gecə və gündüz başqaları üçün fitnə və hiylə hazırlayır, öz nəfsani istəklərinə çatmaq üçün insan nəslini yolundan azdırırlar, məgər onlar heyvandan da pis deyildirmi?

O insanlar ki, günahsız insanları öldürür və qətllər törədirlər, məgər onları vəhşi heyvanlara bənzətmək olmazmı? İmam Əli (ə) “Nəhcul-bəlağə”nin 53-cü xütbəsində buyurur:

“İnsanlar özlərini bir-birinə vurub, izdiham yaradıblar. Susuz dəvə izdihamı kimidir ki, su içən zaman kəndirini açıb boş buraxırlar. Belə ki, güman etdim ki, məni öldürmək istəyirlər”.

Qurani-Kərim bir çox heyvanları misal çəkərək, insanları qəflət yuxusundan ayıltmağa çalışır. Xilqətin sirrini başa salmaq üçün dəvə haqqında təfəkkür etməyə dəvət edir.

“Şübhəsiz, Allah hər hansı bir misalı çəkməkdən – ağcaqanad olsun, ondan böyüyü, ya balacası – utanmaz”. (“Bəqərə” 26).

“Və Səmud (qövmünə) onların (qəbilə və ya qan) qardaşı Salehi (göndərdik). O, dedi: «Ey mənim qövmüm, Allaha ibadət edin ki, sizin üçün Ondan başqa bir məbud yoxdur. Şübhəsiz, sizin üçün Rəbbiniz tərəfindən bir dəlil-sübut gəlmişdir.

Bu, Allahın (tovhid, qüdrət və rəhmətindən) sizin üçün bir nişanə olan dişi dəvəsidir. Buna görə də onu buraxın Allahın (yaratdığı) yer üzündə otlasın, ona zərər və ziyan vurmayın, yoxsa sizi ağrılı bir əzab yaxalayar»”. (“Əraf” 73).

Əgər millətlərin xalq mədəniyyətinə nəzər salsaq görərik ki, məşuqun gözü ceyran gözünə, qaşları ilana, nəcabəti ata bənzədilmişdir. İmam Əlini (ə) şir adlandırırdılar.

Ona görə də demək olar ki, bu bənzətmələr heyvanların mədh edilmiş sifətlərinə istinad edilərək, olmuşdur. Beləliklə deyə bilərik ki, bəzi insanların heyvanlara bənzədilməsi onların həyatda yerinə yetirdiyi əməllərinə görədir.

O insan ki, günahsız insanların qanını tökür, məgər o, vəhşi heyvan kimi deyildirmi? O insan ki, hiyləsi ilə insanları yolundan azdırır, məgər özünü heyvan kimi aparmırmı? Ona görə də Quranın bu bənzətmələri haqlı bənzətmələrdir.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031