Peyğəmbərin (s) “anamdan sonra anam” dediyi qadın
Mьəllif: admin1
Tarix: 24-11-2016, 18:00
Peyğəmbərin (s) “anamdan sonra anam” dediyi qadın
"Əli o təkcə sənin anan deyil, O həm də mənim anam idi"
İslaminSesi.info xəbər verir ki, bu gün səfərin 23-ü İmam Əlinin(ə) anası Fatimə bint Əsədin vəfat edən günüdür.

Fatimə bint Əsəd bin Haşim bin Abdu-Mənaf Qureyşi Əbu-Talibin həyat yoldaşı və əmisi qızıdır. Fatimə bint Əsədin İmam Əlini(ə) Kəbə evinin içində dünyaya gətirməsi o həzrətin digər qadınlar üçün əlçatmaz olan mühüm fəzilətə sahib olmasını göstərir. Fatimə bint Əsədin İmam Əlini(ə) Kəbə evinin içində dünyaya gətirməsi Hakim Nişaburinin əl-Mustədrək (cild-3, səh-483) əsərində də gəlibdir. Əllamə Əmini bu haqda yazan sünni kitablarının siyahısını gətirib.

Fatimə bint Əsəd qadınların arasında ikinci, müsəlmanlar arasında 11-ci iman gətirən şəxsdir.

Peyğəmbərin(s) anası vəfat etdikdən sonra ona babası Əbdül-Məttəlib, babasından sonra isə əmisi Əbu-Talib baxırdı. Bu dövrdə Fatimə bint Əsəd (Peyğəmbərin əmisinin həyat yoldaşı) peyğəmbərə öz balalarından daha çox qulluq edərdi. Məhəmməd Peyğəmbər(s) bu məsələni çox yad edirdi. Peyğəmbər(s) Fatimə bint Əsədin ölümünü eşidəndə ağladı və onun dəfnində iştirak edəndə imam Əliyə(ə) dedi: Əli, o təkcə sənin anan deyil, O, həm də mənim anam idi. Peyğəmbər(s) daha sonra öz əmmaməsini onu kəfənləmək üçün verdi. Peyğəmbər(s) ona namaz qıldı.

Əmmar peyğəmbərin(ə) Fatimə bint Əsədə olan diqqətini görəndə bunun səbəbini soruşdu.

Peyğəmbər(s) buyurdu: Ey Əba-Yəqzan Fatimə buna layiqdir. O anamdan sonra mənə ana idi. Çoxlu övladı olmasına və kasıb olmasına baxmayaraq bununla yanaşı məni geyimdə, qidada və sair işlərdə övladlarından üstün tutardı. (Əllamə Əmini əl-Ğədir , cild-6, səh-21)

Fatimə bint Əsəd hicri tarixinin 4-cü ilində səfərin 24 –də (bəzi rəvayətlərə görə 23-də) vəfat etdi. Fatimə bint Əsəd imam Əli(ə) ilə Fatimeyi-Zəhranın(s.ə) toyunu və eləcə də nəvələri imam Həsənlə(ə) imam Hüseyni(ə) görmüşdü.

Onun məzarı Bəqi qəbirsanlığında elə 4 imamın məzarlarının yanındadır.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930