Kəhf səhabələri ilə İmam Hüseynin (ə) oxşarlığı
Mьəllif: admin1
Tarix: 11-10-2019, 16:50
Kəhf səhabələri ilə İmam Hüseynin (ə) oxşarlığı
Kəhf səhabələrinin əhvalatını oxuyan zaman görürük ki, bu insanlar Allah axtarışında olan muxlis möminlər olmuşdular ki, Diqyanus adlı zalım padşahın dövründə yaşamışdılar.

Öz əqidələrini qorumaq və tağutla mübarizə aparmaq üçün dağa pənah aparırlar. Allahın iradəsi ilə bu dağda 309 il yatırlar. “Beləliklə, Biz onlara o mağarada bir neçə il ağır bir yuxu hakim etdik”. (“Kəhf” 11).

O zaman ki, İmam Hüseynin (ə) mübarək başını Allahın lənət etdikləri zalımlar nizəyə taxırlar, bu mübarək baş Quran ayəsini tilavət etməyə başlayır.

Bu vasitə ilə demək istəyir ki, məni öldürən mənimlə eyni dində olan zahiri müsəlmanlardır. Cəddimin dininə üz döndərən insanlardırlar. Cəddimin ölümündən 50 ildən az keçməsinə baxmayaraq, bu insanlar yolunu azdılar və Peyğəmbər (s) övladına əl qaldırdılar. Bu əhvalat Kəhf səhabələrinin əhvalatından daha heyrətlidir.

İmam Hüseyn (ə) nizə başında “Kəhf” surəsinin 9-cu ayəsini tilavət edirdi. “Yoxsa (yüzillərlə yatıb sonra ayılan) o böyük mağara yoldaşlarının və o yazılı lövhə sahiblərinin (əhvalatlarının) Bizim ayə və nişanələrimizdən (daha) heyrətləndirici olmasını güman etmisən? (Əksinə, yer üzündə olan zinətləri yaratmaq və məhv etmək heyrətləndirici, canlıları öldürüb, Qiyamətdə yenidən diriltmək isə ondan da çox heyrət doğurandır)”.

Bu yolla şəhid İmam (ə) demək istəyirdi ki, o da Kəhf səhabələri kimi zülmə qarşı çıxdı və onunla mübarizə apardı.

Əlbəttə İmamın (ə) misilsiz inqilabı və Kəhf səhabələrinin hicrəti əhəmiyyətlərinə görə çox fərqlənir.

Nə üçün İmam (ə) məhz bu ayəni tilavət edirdi?

1. İmamın (ə) mübarək başının nizə üstündə danışması qiyamının İlahi olmasını bir daha sübut edirdi. Çünki əgər aciz insan olsaydı, belə bir möcüzə edə bilməzdi.

2. İkinci ehtimal budur ki, kəsilmiş baş demək istəyir ki, başımı bədənimdən ayırsanız da, hələ də sağıq və cavidan həyatda yaşayırıq.

İmamın (ə) başının danışmasına şahid olan Əbi Abdullah nəql edir: “Mən İmamın (ə) səsini eşitdiyimə görə şəkk edən zaman baş dilə gəldi və dedi: “Ey Vəkidənin övladı! Məgər bilmirsənmi ki, biz İmamlar (ə) Allahımızın yanında sağıq?!””.

3. Üçüncü ehtimal budur ki, Həzrət (ə) bu yolla onu öldürənlərin məhz zahirən müsəlman və onunla eyni dində olan insanların olduğunu bəyan etmək istəyir.

Minhal ibni Əmr nəql edir: “İmam Hüseynin (ə) başını Dəməşqdə gördüm ki, bu sözü deyirdi: “Məni şəhid etmək və başımı nizəyə taxmaq Kəhf səhabələrinin dastanından daha heyrətli deyilmi?

Mən Peyğəmbər (s) qızının oğluyam ki, mənim və səhabələrimin başını iki çay arasında susuz kəsdilər və şəhid etdilər”.

İmam (ə) isbat etmək istədi ki, haqq heç bir zaman məhv olmur və həmişə sağdır.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031