Ölüm məqamında imam Hüseynin (ə) hüzuru
Mьəllif: admin1
Tarix: 8-11-2017, 11:13
Ölüm məqamında imam Hüseynin (ə) hüzuru

Müqəddəs Qum şəhərində İslam elmləri və Əhli-beyt (ə) maarifi ilə məşğul olduğum vaxtlar arabir Tehrana ata-anamı görməyə gedirdim. Həmin səfərlərdən birində şəhid, mücahid Nəvvab Səfəvi ilə tanış oldum. Onun vasitəsi ilə Allah övliyalarından, müxlis bəndələrdən olan bir sıra insanlarla görüşdüm. Gənc yaşlarımda belə insanlarla tanışlığım böyük mənəvi bərəkətlərə səbəb oldu. Onlarla görüşlər mənim tərbiyəmdə, mənəvi təkamülümdə çox təsirli oldu. Onlar kamil, mömin, alim, Əhli-beyt (ə) aşiqi, ali-Məhəmməd müsibətlərinə göz yaşı axıdan insanlar idi. Onlardan biri kəramət sahibi olan Hacı Qulaməli Qəndi idi. Bir gün məni evinə dəvət etdi. Otağını göstərib dedi: “Bu otağı uzun müddət misilsiz hal əhli Nizam Rəştinin ixtiyarına vermişdim. O zövcəsinin ölümündən sonra yeganə qızı ilə bu otaqda yaşayırdı. Nizam minbərə gedib Əhli-beyt (ə) müsibətindən danışanda hamıdan çox ağlayırdı. Ömrünün son günü bu otaqda dəstəmaz aldı və qızını yanına çağırıb dedi: “Qızım, yanımda əyləş, əlini əlimə ver. Əlini sıxanda məni dərhal qaldır. Çünki vəfalı ağam imam Hüseyn (ə) yanıma gəlir. Mən onun qarşısında ədəbli olmaq istəyirəm!” Qızı deyir: “Atamın yanında əyləşib əlini əlimə almışdım. Əlimi sıxanda dərhal onu qaldırdım. O həddən artıq ədəblə dedi: “Gəldi: “Əssəlamu ələykə ya əba Əbdillah”! Sonra rahatlıqla can verib dünyasını dəyişdi...”

Ustad Hüseyn Ənsariyan
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930