İmam Hüseynin (ə) katibi, Quran qarisi Əsləm ibn Əmrin Kərbəlada şəhadət tarixçəsi
Mьəllif: admin1
Tarix: 17-11-2016, 10:18
İmam Hüseynin (ə) katibi, Quran qarisi Əsləm ibn Əmrin Kərbəlada şəhadət tarixçəsi
Əsləm ibni Əmr bir qul idi ki, İmam Hüseyn (ə) onu İmam Səccada (ə) bağışlamışdı. Bu qul Quran qarisi idi.
Peşəsi İmam Hüseynin (ə) katibliyini etmək idi. O zaman ki, Həzrət (ə) Mədinədən Məkkəyə hərəkət edir, Həzrət İmam Hüseynlə (ə) birlikdə olur. İmamla (ə) birlikdə Məkkədən Kərbəlaya gəlir və Aşura gününə qədər İmamın (ə) xidmətində çalışır. Bu qanlı gündə şəhadətə nail olur və insanlığın kəramətini yüksəldir.
Bu vəfadar qul bütün azad insanlardan daha üstün məqama malik idi. Cihad izni almaq üçün İmam Hüseynin (ə) xidmətinə gəlir. İmam (ə) ona buyurur: “Seyyidi Səccadın (ə) övladlarından cihad üçün icazə al”.
Bu qul İmam Səccadın (ə) xidmətinə gedir və ondan cihad üçün icazə alır. Hərəm əhli ilə vidalaşır və döyüş meydanına gedir. 70 nəfəri qılıncı ilə cəhənnəmə göndərir.
İmam Səccad (ə) xeymənin örtüyünü qaldıraraq bu şücaətli insanın vuruşmasına tamaşa edir. Onun vilayəti bu qədər müdafiə etdiyinə görə şad və xoşhal olur.
Bu igid qul bir qədər vuruşduqdan sonra İmamın (ə) yanına gəlir və İmamla (ə) vidalaşıb yenidən döyüş meydanına qayıdır. Bu dəfə ağır döyüş və susuzluğun gətirdiyi taqətsizlik nəticəsində yerə yıxılır.
İmam Hüseyn (ə) başının üstünə gedir və mübarək göz yaşlarını tökür. Mübarək üzünü qulun yanağına qoyur və dünyaya başa salmaq istəyir ki, bu qulun mənəvi məqamı onun üçün oğlu Əli Əkbər qədər dəyərlidir.
Bəli, İmam Hüseyn (ə) üçün dünyada bu mücahidlərdən üstünü yox idi. (Erfan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930