İmam Əlinin (ə) son vəsiyyətində yer alan yetim və yoxsul haqqı
Mьəllif: admin1
Tarix: 15-11-2016, 19:40
İmam Əlinin (ə) son vəsiyyətində yer alan yetim və yoxsul haqqı
Bu vəsiyyətdə yoxsullar və yetimlər haqda verilən tövsiyələr Tövhid, Peyğəmbərlik və Məad haqda verilən tövsiyələrlə eyni dərəcədə əhəmiyyətli görünür.
İslaminSesi.info - İmam Əli başı zərbətləndikdən sonra oğlu İmam Həsənə vəsiyyət edib. Maraqlıdır ki bu vəsiyyətdə yoxsullar və yetimlər haqda verilən tövsiyələr Tövhid, Peyğəmbərlik haqda verilən tövsiyələrlə eyni dərəcədə əhəmiyyətli görünür.

İmam Əlinin oğlu İmam Həsənə son vəsiyyətini təqdim edirik:

“Bu, Əbu Talib oğulu Əlinin vəsiyyətnaməsidir. Möminləri, Allahdan başqa bir məbudun olmadığına, tək və şəriksiz olduğuna və Məhəmmədin Onun qulu və Elçisi olduğuna, kafirlər sevməsə də, bütün dinlərə qalib gəlməsi üçün onu doğru yol və haqq dinlə göndərmiş olduğuna şahidlik etmələrini vəsiyyət edərəm. Allahın salat və salamı Məhəmməd sallallahu əleyhi və alihnə olsun. Namazım, ibadətim, həyatım, ölümüm aləmlərin Rəbbi Allah üçündür; onun bərabəri, ortağı yoxdur, mənə bu əmr edildi və mən, Ona təslim olanların ilkiyəm.

Ey Həsən! Sənə, bütün övladlarıma, Əhli Beytimə və bu yazım kimə çatsa ona, Allahdan çəkinməyi vəsiyyət edərəm. Müsəlman olaraq ölün, hamınız birlikdə Allahın ipinə (Qurana) sarılın, ayrılığa düşməyin. Peyğəmbər sallallahu əleyhi və alihin belə buyurduğunu eşitdim: “İki adamın arasını düzəltmək, bütün namazlardan, oruclardan daha fəzilətlidir.” Həlak edici və dini təməldən yox edən (əxlaq), ara vurmaq və fitnə çıxarmaqdır. La qüvvətə illa billah (Allahın qüdrətindən başqa heç bir qüdrət yoxdur). Allahı Təalanın qiyamət gününün hesabını sizə asanlaşdırması üçün qohumlarınıza baxın (onları qoruyun), onlarla yaxşı əlaqə yaradı

Allah üçün, Allah üçün, yetimləri qoruyun; diqqətli olun, gözünüzün qarşısında onlar itməsinlər. Mən Rəsulullah sallallahu əleyhi və alihin belə buyurduğunu eşitdim: Kim bir yetimə özünü idarə edə bilənə qədər nəzarət etsə, ona baxsa Allah, cənnəti ona fərz edər; necə ki yetimin malını yeyən kimsəyə də cəhənnəmi fərz etmişdir.

Allah üçün, Allah üçün, Qurana riayət edin; onu anlamaqda başqaları sizdən önə keçməsin.

Allah üçün, Allah üçün, qonşularınızın haqqını güdün; Rəsulullah sallallahu əleyhi və alih onları tövsiyə etmişdir; qonşular haqqında o qədər tövsiyə edirdi ki, onları da miras alanlardan edəcəyini sandıq.

Allah üçün, Allah üçün, Rəbbinizin evini ziyarəti, həcc etməyi buraxmayın; həyatda olduqca o evi boş buraxmayın; çünki o ev tərk edilsə möhlət belə verilməz sizlərə əzab gəlib çatar. O evin ziyarətinə gedənin geri gətirdiyi ən kiçik hədiyyə, keçmiş günahlarının bağışlanılması olar.

Allah üçün, Allah üçün, namazı buraxmayın; çünki o, ən yaxşı əməl və dininizin direğidir.

Allah üçün, Allah üçün, zəkat verin; o Rəbbinizin qəzəbini yatırar.

Allah üçün, Allah üçün, Ramazan orucunu yapış; çünki o atəşə qarşı bir sipərdir.

Allah üçün, Allah üçün, kasıblar və yoxsulları izləyin; onları öz həyatınızda ortaq qılın.

Allah üçün, Allah üçün, mallarınızla, canlarınızla, dillərinizlə cihad edin. Ancaq iki adam cihad edə bilər; biri hidayətə çatmış imam (öndər), digəri isə ona uyan, itaət edən adam.

Allah üçün, Allah üçün, Peyğəmbər sallallahu əleyhi və alihinizin övladlarının haqqını güdün; əsla onları müdafiə etməyə qədr olduğunuz halda, aranızda zülmə uğramasınlar.

Allah üçün, Allah üçün, Peyğəmbər sallallahu əleyhi və alihinin bidət çıxarmayan, bidətçiyə də sığınacaq verməyən səhabələrini izləyin; Rəsulullah sallallahu əleyhi və alih səhabələri haqqında tövsiyə etmişdir; onlardan və ya başqa kəslərdən bidət çıxaranları və bidətçilərə sığınacaq verənləri isə lənətləmişdir.

Allah üçün, Allah üçün, qadınlarınızın və malik olduğunuz kölə və nökərlərin haqqlarına riayət edin; Peyğəmbərinizin ən son sözü bundan ibarət idi: “İki gücsüz qrupu sizə tövsiyə edirəm: Qadınları və malik olduğunuz kölə və nökərləri.

Namaz, namaz, namaz! Allah haqqında heç bir kimsənin qınamasından qorxmayın; Allah, sizə pislik və zülm etmək istəyən kimsənin şərindən sizi qoruyar. Xalqla, Allahın əmr etdiyi şəkildə gözəl bir dillə danışın. Yaxşılığı əmr edib pislikdən çəkindirməyi tərk etməyin; çünki (bunu etmədiyiniz təqdirdə) Allah, ən pis olanlarınızı başınıza keçirər; sonra (şərlərindən xilas olmaq üçün) dua edərsiniz; duanız qəbul olmaz.

Ey övladlarım, bir-birinizlə gözəl əlaqəniz olsun, bir-birinizi görüb güdün, bir-birinizin ehtiyacını ödəyin, bir-birinizdən ayrılmayın, bir-birinizdən üz çevirməyin, ayrılığa düşməyin. Yaxşılıq etmək və pislikdən çəkinmək barəsində bir-birinizə kömək edin, cinayət törətmək və düşmənlik etmək üçün köməkləşməyin və Allahdan qorxun, çəkinin, şübhə yox ki Allahın cəzası çox çətindir. Allahı Təala siz Əhli Beyti qorusun və Peyğəmbərinizin izlərini sizinlə qorusun. Sizi Allaha ismarlayıram. Sizi salamlayır və Allahın rəhmət və bərəkətinin üzərinizə olmasını diləyirəm.”

İmam sonra bu dünyanı tərk edənə qədər daim “la ilahə illəllah” deyirdi.

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031