Şeyx Həsənəli Noxudəkinin tez narahat olanlara nəsihəti
Mьəllif: admin1
Tarix: 14-11-2016, 16:21
Şeyx Həsənəli Noxudəkinin tez narahat olanlara nəsihəti
Allah Təala Quranda buyurur: “Rəhman (olan Allah)ın (həqiqi) bəndələri yer (üzün)də sakit və təvazökarlıqla yol gedən və nadanlar (xoşagəlməz sözlərlə) onlara xitab edən zaman «salam» (xoş və yumşaq söz) deyən kəslərdir”. (“Furqan” 63).

Təvazökarlıq və sadəlik o sifətlərdir ki, dinimiz bizə onları tövsiyə edir. Bu iki dəyərli sifət insanın həyatına xüsusi hüzur qatır. Çünki təkəbbürlü insandan fərqli olaraq, təvazökar insanın ətrafındakılardan gözləntiləri olmaz.

Həmədanın böyük alimlərindən olan Molla Əli Həmədani bir gün Məşhəddə Şeyx Noxudəkinin xidmətinə gedir. Ondan moziə etməsini istəyir.

Şeyx cavabında deyir: İncimə və incitmə.

Molla Əli deyir: İncitməmək daha rahatdır. Çünki biz elə bir iş görürük ki, özümüzü islah edək, kimsə bizdən narahat olmasın. Kimsəyə xəyanət etmirik, kimsənin qeybətini etmirik. Bunları etmək olar. Ancaq inciməni necə etmək olar? Bizə pislik edən şəxs qeybətimizi edir, pulumuzu yeyir – istər-istəməz insan inciyir. Məgər bu şeylər insanı incitməyə bilərmi?

Şeyx Noxudəki deyir: Bəli.

Molla Əli deyir: Necə?

Şeyx buyurur: Özünü kimsə bilmə(Həddən artıq özünlə öyünmə!). Bizim eybimiz elə buradadır. Biz özümüzü kimsə bilirik və elmimizlə, sərvətimizlə, rəhbərliyimizlə hörmətimizlə və mənliyimizlə lovğalanırıq. Düşünürük ki, heç kəsin cürəti yoxdur ki, bizə sən desin. Eyb buradadır.İslaminSesi.info

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930