Yuxu pozğunluğu olanların nəzərinə! Şəfası Quranda var
Mьəllif: admin1
Tarix: 12-11-2016, 10:37
Yuxu pozğunluğu olanların nəzərinə! Şəfası Quranda var
Yuxu insanın ehtiyacına görə, dərəcə və məzmun baxımından fərqli formalarda reallaşa bilər.

Ancaq ən yaxşı yuxu növü və vaxtı, gecə yuxusudur, çünki Allah-Təala gecəni yuxu, gündüzü isə iş üçün yaradıb.

Allah-Təala gündüz və gündüz işləri ilə bağlı belə buyurur: "Və əlbəttə, sənin gün ərzində uzun-uzadı işlərin vardır." (Muzəmmil surəsi, ayə 7)

Yuxu problemi olan insanlar adətən bədəninə istirahət vermədiyinə görə, müəyyən bir sistemə sahib deyillər.

Gecə oyaq qalan və istirahətdən kənar işlərlə məşğul olan şəxs, yuxu pozğunluğu və psixoloji zərərlər yaradacaq nəticələrlə qarşılaşmağa məhkumdur.

Elə məhz buna görə də, hədislərdə belə buyurulmuşdur: "İnsan günün 8 saatını yuxuya, 8 saatını işləməyə və 8 saatını da ibadətə və özünə halal olan işlərə ayırmalıdır."

Vaxt baxımından ən ideal yuxu saatı gecədir. Yatmağa başlamaq üçün ən yaxşı saat isə gecənin başlanğıcıdır, çünki o saatda bədən beyinə istirahət etməsi və yatması üçün əmr göndərir.

Allahın Rəsulu bir hədisdə belə buyurur: "Ağıl sahibi olan bir insan, 24 saatdan ibarət olan gecə və gündüzü dörd yerə bölməlidir: Vaxtının bir hissəsini Allaha qulluq və ibadətə, bir hissəsini əməllərini mühasibat etməyə, bir hissəsini Allahın yaratdığı varlıqlar üzərində fikrə dalmağa, bir hissəsini isə özünə halal olan şeylərə ayırmalıdır. Son hissə ilk üç hissəyə yardımçı olacaq." (Biharul-Ənvar, c. 74, səh. 71)

Sözügedən hədislərə əməl etməyən şəxslər, yəni gecələri oyaq qalan və gündüzləri isə yatan şəxslər, yuxu pozğunluqları və psixoloji problemlərə düçar olacaqlar.

Buna görə də, yuxu pozğunluğunda ən mühüm amil insanın həyat tərzidir. Deməli, bu xəstəlikdən xilas olmaq üçün həyat tərzimizi dəyişməliyik.

İslami tədris və təlimlər baxımından psixoloji və fiziki xəstəliklər belə, dua yolu ilə müalicə edilə bilər.

Quran tədris və təlimləri baxımından insan gecənin bir hissəsində oyanaraq ibadət etməli, qəlb rahatlığını əldə etdikdən sonra isə təkrar yatmalıdır.

Aşağıdakı ayələr bu təlimi tövsiyə edir.

"Ey libasına bürünmüş. Gecə – az bir hissəsi istisna olmaqla (namaz və ibadət üçün) ayağa qalx! Gecənin yarısına qədər, yaxud bir qədər ondan az (onun üçdə birini) azalt; Yaxud yarıya artır (onun üçdə ikisini), Quranı tərtil ilə (aram-aram, aydın və tərtiblə) oxu! Şübhəsiz, sənin Rəbbin bilir ki, sən gecənin üçdə ikisinə yaxın, (bəzən) onun yarısını, (bəzən də) onun üçdə birini (namaz və ibadət üçün) durursan və səninlə olan kəslərdən bir dəstə də həmçinin. Gecəni və gündüzü (yerin günəş ətrafında hərəkətini tənzimləməklə) ölçüyə salan Allahdır. O bilir ki, siz əsla onu (gecənin üçdə iki, yarı və üçdə bir hissəsini bütün fəsillərdə dəqiqliklə) ətraflı hesablaya bilməyəcəksiniz, beləliklə sizə nəzər yetirdi (və rüsxət verdi). İndi isə, siz (gecə namazından və) Qurandan müyəssər olanı oxuyun. O bilir ki, tezliklə sizdən bəzisi xəstələnəcək, digər bir dəstə Allahın ruzisini diləmək üçün səfərə çıxacaq və başqa bir dəstə də Allah yolunda vuruşacaqdır. Elə isə (gecələr) Qurandan (sizə) müyəssər olanı oxuyun, namaz qılın, zəkat verin və Allaha gözəl bir borc verin. Özünüz üçün öncədən göndərdiyiniz xeyir əməli Allah yanında daha gözəl və mükafat baxımından daha böyük tapacaqsınız. Allahdan bağışlanmaq diləyin, çünki, Allah çox bağışlayan və mehribandır." (Muzzəmmil surəsi, ayə 1-4 və 20)

"Şübhəsiz, təqvalılar bağlarda və bulaqların başındadırlar. Onlar gecənin az bir hissəsini yatırdılar." (Zariyat surəsi, ayə 15 və 17)

"Bizim ayələrimizə və nişanələrimizə ayələrlə öyüd-nəsihət verildikdə səcdə halında üzü üstə düşənlər və öz Rəbbinə həmd deməklə (Onu) təsbih edənlər, (Onu) hər bir eyb və nöqsandan pak (və uzaq) bilənlər, əsla təkəbbür və lovğalıq etməyənlər iman gətirər. (Gecənin qaranlığında) Yataqlarından qalxar, Rəbbini qorxu ilə və umaraq çağırarlar və ruzi olaraq onlara verdiklərimizdən (elm, məqam və mal-dövlətdən ehtiyacı olanlara) sərf edərlər." (Səcdə, ayə 15 və 16)

"O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır. Bilin! Qəlblər yalnız Allahı yada salmaqla rahatlıq tapır". (Rəd surəsi, ayə 28)



Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031