Xacə Nəsrəddin Tusinin hazırcavablığı
Mьəllif: admin1
Tarix: 14-05-2022, 11:47
Xacə Nəsrəddin Tusinin hazırcavablığı

Bağdad şəhərində yeddinci imam Musa ibn Cəfərin (ə) məzarının ayaq tərəfində bir qəbir var. Onun sinə daşının üstündə belə yazılıb: “Dinin və xalqın köməyi, elm aləminin şahı. Zamanın anası belə oğul yetirməyib”.

Burada adı eramızın elm salnaməsinə qızıl həriflərlə həkk edilmiş dahi Azərbaycan alimi və mütəfəkkiri, elmin astronomiya, həndəsə, triqonometriya, fəlsəfə, ilahiyyat, pedaqoqika, mineraloqiya, tibb və sair sahələrində sanballı əsərlər yaratmış Məhəmməd ibn Həsən Nəsrəddin Tusi uyur. Dünya şöhrətli “Əxlaqi-Nasiri” kitabına görə 20 il ağır sürgünlük həyatı yaşayan böyük alim, Hülaki xanın Şərq yürüşündə azad olur, Hülaki xanın elm və təhsil üzrə baş məsləhətçisi təyin olunur.

Lakin bütün saraylarda olduğu kimi Hülaki xanın da sarayında dövrünün ən böyük alimini gözü götürməyənlər, hiylə-kələk yolu ilə onun ölümünə plan cızanlar çox idi...

Bir gün Hülaki xanın anası vəfat edir. Saray alimləri bundan istifadə etmək qərarına gəlirlər. Onlardan biri Hülaki xanın yanına gələrək deyir: - Qəbirdə Nəkir və Münkər insanın etiqad və əməlindən soruşurlar.

Sizin ananız da belə məsələləri təlim görməmişdir. Ona görə də suallara cavab verə bilməyəcək. Yaxşı olar ki, Xacə Nəsrəddin Tusini ananızla dəfn edəsiniz ki, Nəkir və Münkərin suallarına ananızın əvəzində cavab versin. Saray aliminin hiyləsini başa düşən Xacə Nəsir dərhal Hülaki xana deyir: - Nəkir və Münkər hamıdan sual edəcəkdir.

Yaxşı olar ki, məni öz əvəzinizdə cavab vermək üçün saxlayasınız və bu alimi ananızla bir yerdə qəbrə qoyun ki, suallara cavab versin. Hülaki xan da Xacə Nəsrəddinin sözünü qəbul edir.

“Nəsihət” jurnalı, say 146, səh. 1.

Hazırladı: Seyid Zahir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930