İNSANLIĞIN ƏZƏMƏTİ
Mьəllif: admin1
Tarix: 9-11-2016, 00:45
İNSANLIĞIN ƏZƏMƏTİ

Bibim Zeynəb Aşura gecəsi bütün gecəni ibadət mehrabında dayanıb, öz Allahı ilə münacat edərək onun dərgahından kömək diləyirdi
Həzrət Zeynəbin (s) saysız-hesabsız fəzilətlərinin bəzi cəhətlərinə nəzər salıb, onun simasını insana aid olan uca ləyaqətlər güzgüsündə görək və kamillik yoluna o böyük xanımdan ilham almaqla qədəm götürək.
İbadət və bəndəlik
Allaha bəndəlik və ibadət bəşərin ən böyük fitri ehtiyacının təminatçısıdır və insanın inkişafı, kamilliyi bu bəndəliklərin sayəsində müyəssər olur. İnsan bu bəndəliklə kamala əl tapır və mələklərdən önə keçərək yer üzündə Allahın canişini və mələklərin səcdəgahı olur.
Bəndəlik bütün vücudu ilə öz ağa və məbudunun qulluqunda olmaq, onun fərmanından başqasına qulaq asamamaq, ondan başqası üçün iş görməmək və onun razılığından başqa bir şey düşünməmək deməkdir. Bəndəlik və ixlasın mənası budur. İnsanın bəndəliyinin qədəri onun Allaha olan mərifətinə bağlıdır. Buna əsasən Allahı yaxşı tanıyıb varlığı yaradanın əzəmətini dərk edənlər özlərinin Allaha olan möhkəm aslılıq və ehtiyaclarını anlayır və ona ibadət üçün baş əyirlər.
Peyğəmbər və imamlar mərifətin uca zirvəsində, ibadət və bəndəliyin nəhayətindədirlər. Bu xanədanın əzəmətli ağacının bir qönçəsi olan Zeynəb onların məktəbində tərbiyə almış, bəndəlik və ibadət dərsini yaxşı öyrənmişdir. Belə ki, onun bəndəliyinin əzəmətini həyatının bütün mərhələlərində görürük. Böyük və əzəmətli Allaha əlaqəsini, ibadət və namazlarını həyatının ən çətin mərhələlərində müşahidə edirik. Həyatın eniş-yoxuşları nəinki onu Allahın ibadət və bəndəliyindən qafil etməyib, hətta onun bəndəlik və ibadət cilvələri çətinliklərdə daha çox özünü büruzə verir. O, gecə yatmamaq və məbudu ilə razi-niyaz etməyin aşiqi, gecə oyaqlıqlarının və gecə yarısı ahlarının tərbiyələndirdiyidir. İmam Hüseyn (ə) Zeynəbin uca məqamına hamıdan yaxşı bələddir. Ona görə də Aşura gününün sonuncu vidasında bacısına buyurdu:

«Ya uxtah, la tənsini fi nafilətil-ləyl».
“Bacıcan, gecə namazında məni unutma”.

Həmçinin imam Hüseynin (ə) qızı Fatimədən belə nəql olunurdu ki, bibim Zeynəb Aşura gecəsi bütün gecəni ibadət mehrabında dayanıb, öz Allahı ilə münacat edərək onun dərgahından kömək diləyirdi: nə bizim göz yaşımız bir anlığa dayandı və nə naləmiz kəsildi. Bu cəhətdəndir ki, imam Səccad (ə) buyurur: Bibim Zeynəb Kərbəladan Şama qədər olan əziyyət və çətinliklərə baxmayaraq gecə nafilələrini qılır və bütün çətinliklərlə belə öz ibadətlərini unutmurdu. Zeynəbin qorxmazlığı, şücaəti, ürək qüvvəti və aramlığı həmin Allaha təvəkkülündən qaynaqlanırdı. Yezidin sarayındakı kəskin sözləri və o zəhərli fəzada “nəhy əz munkər” etməsi səfərin bütün mərhələlərində ismət və həyasını qoruyub saxlaması, hər yerdə öz vəzifəsinə əməl etməsi, hamısı bütünlüklə Zeynəb bəndəliyinin cilvələridir.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930