ŞEYTANA UYMAYAQ!
Mьəllif: admin1
Tarix: 19-11-2021, 10:41
ŞEYTANA UYMAYAQ!

Bilirsənmi, İbrahim İsmailin başını kəsmək istəyir?

Şeytan daim pusquda durub, Allah əmrinə itaət etmək istəyən insan üçün maneələr yaradır.

Allah İbrahim peyğəmbərə (ə) əmr etdi ki, oğlunu Allah yolunda qurban kəs. Həmin vaxt İbrahimin yaşı yüzü ötmüş, İsmailin isə cəmi on üç yaşı vardı.

İbrahim oğlu İsmailin əlindən tutub, Minaya gətirdi. Şeytan bilirdi ki, həzrət İbrahim Allahın bu imtahanından ləyaqətlə çıxsa, imamət məqamına yüksələcək.

Cəld özünü İsmailin anası Hacərə çatdırıb, dedi: -Bilirsənmi, İbrahim İsmailin başını kəsmək istəyir?

Hacər dedi: -Kimsəyə zərrəcə əziyyət verməmiş kəs belə bir iş tuta bilməz.

Şeytan əl çəkmədi: -O elə bilir ki, bu işi Allah əmr edib.

Hacər tövrünü pozmadan cavab verdi: -Əgər Allah əmr edibsə, eybi yoxdur.

Hacərdən əlini üzən şeytan İbrahimin yanına gəlib dedi: -İsmailin nə günahı var ki, başını kəsirsən?!

İbrahim buyurdu: -Bu Allahın əmridir.

Şeytan başqa fəndə əl atdı: -Sən oğlunun başını kəssən bu iş adət şəklini alacaq.

İbrahim (ə) buyurdu: -Mən Allahın əmrini yerinə yetirirəm.

-Bəlkə, heç Allah əmr etməyib –dedi Şeytan.

Həzrət İbrahim (ə) yerdən daş götürüb, şeytana atdı.

Nəhayət, Şeytan İsmailə yaxınlaşıb dilini işə saldı.

-Bilirsənmi, atan səni qurban kəsmək istəyir?

-Atam belə iş görməz –dedi İsmail.

-O deyir ki, bu Allahın əmridir.

-Elədirsə, canım Allahın əmrinə qurban!


Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031