İzdivac etmək istəyən gənclər bunlara diqqət etsin
Mьəllif: admin1
Tarix: 30-10-2016, 00:30
İzdivac etmək istəyən gənclər bunlara diqqət etsin

Elçilik üçün cümə günü yaxşıdır
1. Nikah əqdindən qabaq xütbə oxumaq, Allaha həmd-səna etmək, bəy və gəlini, habelə məclis iştirakçılarını təqvaya dəvət etmək müstəhəbdir.
2. İstədiyin qıza elçi getməzdən öncə iki rəkət namaz qılmaq və Allahdan ona yaxşı zövcə nəsib etməsini istəmək müstəhəbdir.
3. İzdivacın gecə vaxtı baş tutması bəyənilir.
4. Nikah əqdinin qəməri tarixi ilə Şəban ayında oxunması müstəhəbdir.
5. Ay əqrəb bürcündə olduqda əqd oxunması məkruhdur. Çünki bu onların izdivacının xeyirli olmamasına səbəb ola bilər.
6. İmam Əli (ə) buyurmuşdur ki, elçilik üçün cümə günü yaxşıdır.
7. İzdivac əqdinin oxunması üçün şahid tutulması bəyənilir.
8. İzdivac məclisində (israfdan uzaq) ziyafət verilməsi bəyənilir. Bu qonaqlıqda yoxsulları əsla unutmayın.
9. Qəməri aylarının son günləri izdivac etmək yaxşı sayılmır. Bu günlərdə izdivac gəlinin uşağını salmasına səbəb olar.
10. Yaxınlıqdan öncə kişinin dəstəmaz alması müstəhəbdir.
11. Yaxınlıq zamanı danışmaq məkruhdur. Çünki bu uşağın lal dünyaya gəlməsinə səbəb ola bilər.
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031