Hansı əməllər Allahın ərşini titrədər?
Mьəllif: admin1
Tarix: 31-10-2021, 22:43
Hansı əməllər Allahın ərşini titrədər?
Məsumlarımızdan (ə) gələn hədislərdə Allahın ərşini titrədən əməllərdən bəhs olunmuşdur ki, onlara işarə edək:

1. Yetimin ağlaması. Allahın ərşi yetimin göz yaşından titrəyər. İstər iki valideynini əldən vermiş olsun, istərsə də birini. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, yetim ağlayar, Allahın ərşi titrəyər”.

2. Boşanmaq. Əgər ailə dağılarsa və tərəflər təlaq verərsə, Allahın ərşini titrədərlər. Həzrət Peyğəmbər (s) buyurur: “Evlənin, ancaq təlaq verməyin, çünki Allahın ərşini titrədər”.

3. Fasiq insanı mədh etmək. Əgər kimsə fəsadla məşğul olan birini mədh edər və tərifləyərsə, Allahın qəzəbinə səbəb olar. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, fasiq mədh və sitayiş olunar, ərş titrəyər və Allah qəzəblənər”.

Müsbət mənada ərşin titrəməsi halları da vardır:

4. Allahı müqəddəs adları ilə çağırmaq. Allahı müqəddəs adları ilə çağırmaq da ərşin titrməsinə səbəb olar. Bu titrəmənin, əziyyət və zülm olunan zaman baş verən titrəmə ilə fərqi vardır.

Hədis kitablarında Həzrət Peyğəmbərdən (s) uzun bir dua nəql olunur ki, həmin duada deyilir: “Allahın Rəsulu (s) Əbdülmüttəllibin övladlarına buyurdu: “Ey Əbdülmüttəllibin övladları! Allahı bu müqəddəs kəlmələrlə çağırın:

« اللهم إني أدعوك باسمك الواحد الاعز ، وأدعوك اللهم باسمك الصمد ، وأدعوك اللهم باسمك العظيم الوتر ، وأدعوك اللهم باسمك الكبير المتعال.”

5. Deyən zaman ki, Allah onu bilmədiyini bilir. İmam Sadiq (ə) buyurur: “O kəs ki, deyər: Allah onun bilmədiyini bilir, buna görə Allahın ərşi onun təziminə görə titrəyər”.
(İslami saytlara istinadən)
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031