Ana qarğışı
Mьəllif: admin1
Tarix: 26-10-2016, 11:12
Ana qarğışı

Anamın qarğışı mənim başıma bu müsibətin gəlməsinə səbəb olmuşdur
Böyük əhli-sünnət alimi və məşhur “Kəşşaf” təfsirinin sahibi Zəməxşərinin bir hadisədə nəticəsində qıçı kəsilmişdi. O, Bağdadda böyük fəqih Damağani ilə görüşəndə bunun səbəbini belə açıqlayır:
Anamın qarğışı mənim başıma bu müsibətin gəlməsinə səbəb olmuşdur. Mən uşaq vaxtlarımda bir sərçə tutdum. Onun ayağına bir ip bağladım və qanadlarını yolmağa başladım. Birdən sərçə əlimdən qaçdı və buna görə onun sol qıçı üzüldü.
Anam bunu biləndə çox narahat və pərişan oldu. Mənə qarğış edərək dedi: - O dilsiz heyvanın qıçını üzdüyün kimi Allah da sənin sol qıçını üzsün!
Bu hadisədən bir müddət sonra atdan yıxıldım və sol qıçım sındı. Həkimlər qıçımı kəsməkdən başqa bir əlac görmədilər. Bu, anamın qarğışının təsiridir.

Qaynaq: “Məqami valideyn dər İslam”, səh. 135.
Hazırladı: Seyid Zahir
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930