Problemlər və acı hadisələrlə qarşılaşanda nə edək?
Mьəllif: admin1
Tarix: 25-10-2016, 20:41
Problemlər və acı hadisələrlə qarşılaşanda nə edək?
Tanınmış xətib və əxlaq ustadı Möhsün Qiraəti çətinliklərə və acı hadisələrə qarşı müqavimət göstərmək, bu zamanlarda səbr etmək və hətta belə bir şəraitdən hansı şəkildə bəhrələnməyin yollarını belə açıqlayır.
İslaminSesi - Bir süfrəyə həm duz-istiot qoyarsınız və həm də şirniyyat və mürəbbə. Uşaqlar şirniyyat və mürəbbədən ləzzət alarlar. Və duz-istiotu lazımsız hesab edərlər. Lakin böyuklər üçün hər ikisi lazımlıdır.

Acı hadisələrin də bərəkəti vardır:

1. İnsanın Allaha olan diqqətini daha da artırar.

2. İnsanı müdrik edər və istedadlarını çiçəkləndirər.

3. Günahlarının və büdrəmələrinin kəffarəsi olar.

4. İlahi nemətlərin qədrini daha çox bilər.

İnsan hadisələrlə rastlaşan zaman üç dəstə olurlar. Birinci dəstə o uşaq kimidir ki, istiot, soğan yeyən zaman narahat olur.

Quran buyurur ki, bir dəstə vardır ki, çətinliklə üzləşən zaman fəryad çəkərlər. "Ona bir zərər və ziyan üz verdikdə, dözməz". ("Məaric" 20).

Digər dəstə səbr edər. "Sizi mütləq bir az qorxu və aclıqla, eləcə də mal, can və (ağac) məhsulların(ın, yaxud arvad-uşaq kimi həyat səmərələrinin) azlığı ilə imtahan edəcəyik. Səbr edənlərə müjdə ver". ("Bəqərə" 155).

Başqa bir dəstə isə çətinlikləri qarşılamağa gedər. "Möminlər içərisində elələri də vardır ki, Allahla (döyüşdə ölənə qədər sabitqədəm olmaq barədə) bağlamış olduqları əhdi doğrultdular. Onlardan bəzisi öz nəzrlərinə əməl etdilər (şəhid oldular), bəzisi isə (şəhid olmağı) gözləməkdədirlər. Onlar (öz əhdlərində) heç bir dəyişiklik etmədilər". ("Əhzab" 23).

Həzrət Peyğəmbərin (s) zamanında elə şəxslər var idi ki, cihada getmək üçün Həzrətə (s) müraciət edirdilər, lakin Peyğəmbər (s) onlara deyərdi ki, onlara veriləsi nə atı və nə də qılıncı vardır. Bu insanlar da narahat olub ağlayardılar.

Acı hadisələrə əgər səbr və tədbirlə yanaşsaq, ondan ən yaxşı şəkildə bəhrələnə bilərik. Necə ki, limondan şirin şərbət düzəltmək olur, insan əgər mətbəxdə mahir olarsa, portağal qabığından belə mürəbbə bişirə bilər. Bu gün insanlar hətta zibildən belə faydalanmağı öyrəniblər.

Həzrət Zeynəb (s.ə) zalımın sarayında dediyi xütbəsi ilə öz əsirliyindən elə istifadə etdi ki, Əməvi sistemini sarsıtdı. Şam məscidində İmam Səccad (ə) minbərə çıxır və Bəni-Üməyyə rejimini şiddətlə tənqid edir. Yezid (lən) İmamı (ə) susdurmaq üçün azan deyənə əmr etdi ki, azan versin. Lakin İmam (ə) azandan da faydalandı və onun sözlərini elə təfsir etdi ki, məsciddə olanlar titrəməyə başladılar. Xüsusilə də o zaman ki, Peyğəmbərin (s) adı çəkildi, İmam Səccad (ə) üzünü Yezidə (lən) çevirib buyurdu: "Ey Yezid! Bu Muhəmməd (s) sənin babandır, yoxsa mənim? Məgər bu əsirlər onun nəslindən deyildirmi?".

O zaman ki, İmam Kazımı (ə) təknəfərlik zindana apardılar, Həzrət (ə) buyurdu: "Necə də ibadət üçün yaxşı yerdir".

Alimlərin bir çoxu ən gözəl əsərlərini çətin zamanlarında və ya zindanda yazmışdılar. Ona görə də bu acı hadisələrdən şirin bəhrə aparmaq mümkündür.

(Tebyan)
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031