“İmam Zamanın (ə.f) zühuruna qədər dünya və regiondakı Yezidçilərlə döyüşməliyik”
Mьəllif: admin1
Tarix: 21-10-2016, 22:46
“İmam Zamanın (ə.f) zühuruna qədər dünya və regiondakı Yezidçilərlə döyüşməliyik”
“Biz Mahatma Qandinin “Mənim nəyim varsa Hüseyn ibni Əlidən təlim almışam. Çünki Hüseyn 72 nəfərlə 30 min nəfərin qarşısında durdu” mesajını dünyaya yaysaq, bu dünya alt-üst olar. Bu gün hər yerdə çalışırlar ki Məhərrəmlik əzadarlığını senzura etsinlər. Hamı anlayıb ki bu hərəkət dünya xalqlarını agahlandıracaq.”
İslaminSesi TasnimNews-a istinadla xəbər verir ki, bunu İranın tanınmış ictimai xadimi, filosof, İslam İnqilabının Ali Şurasının üzvü Rəhimpur Əzğədi Məşhəddə "Aşura Ziyarəti" ilə bağlı keçirilən elmi simpozium zamanı deyib.

İmam Hüseynin və Aşura qiyamının mahiyyətini açıqlayan “Aşura Ziyarətnaməsi”nin əhəmiyyəti və hədəflərindən danışan iranlı filosof Kərbəlada İmama qarşı qılınc çəkənlərin elə müsəlman olduqlarını, bir çoxlarının da ibadət etdiklərini dilə gətirərək, bu tip insanların hazırda islam ölkələrində təcavüzlər həyata keçirdiyini, müsəlmanların müqəddəratı ilə oynadıqlarını və bir sözlə onların tənəzzülə uğramasının səbəbkarı olduqlarını vurğulayıb.

O, İmam Hüseyni və balasını oxlayan Şimr ibni Zil-couşənin haçansa İmam Əlinin dövründə o həzrətin ordusunda vuruşduğunu, bu insanın bir zamanlar piyada həccə getdiyini amma sonra pula satıldığını dilə gətirib.

Dünya və müsəlman ölkələrində bəzi rejimlər tərəfindən pula, məqama, kürsüyə xatir həyata keçirilən təcavüzlərə toxunan R.Əzğədi sonda bunu deyib:

“İmam Zamanın qiyamına qədər dünya və regionda Yezidçilərlə vuruşmalıyıq”
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031