İmam Hüseynin (ə) katibi Əsləm ibn Əmr necə şəhid oldu?
Mьəllif: admin1
Tarix: 11-09-2021, 12:10
İmam Hüseynin (ə) katibi Əsləm ibn Əmr necə şəhid oldu?
Əsləm ibn Əmr İmam Hüseynin (ə) qardaşı İmam Həsənin (ə) şəhadətindən sonra xidmətə götürdüyü insandır. İmam Hüseyn (ə) onu İmam Səccada (ə) bağışladı.

Əsləmin peşəsi İmam Hüseynin (ə) katibliyini etmək idi. İmam Hüseyn (ə) Mədinədən Məkkəyə hərəkət edən zaman o, da İmamın (ə) onun bayrağı altında olan ənsarlardan idi. Sonra da İmamla (ə) bir yerdə Kərbəlaya gəlir. O, Aşura günü şəhid olur.

Bu vəfadar qul döyüşə getmək icazəsini almaq üçün İmamın (ə) yanına gəlir. Həzrət (ə) buyurur: “Oğlum Səccaddan (ə) izn istə”. O, İmam Səccaddan (ə) izn alır və hərəm əhli ilə vidalaşır.

Sonra döyüş meydanına tələsir və 70 nəfəri cəhənnəmə göndərir. İmam Səccad (ə) xeymədən onun döyüşməyinə tamaşa edirdi. Bu qulun onları müdafiə etmək üçün qiyam etməsinə görə qürur duyurdu. Vəfadar qul xalis cihaddan sonra İmam Səccadın (ə) yanına gəldi və onunla viladalaşdı.

Sonra meydana qayıtdı. Bu dəfə susuzluğun şiddətindən və çoxlu dərin yaralarına görə yerə yıxıldı. İmam (ə) onun başının üstünə gəldi və çoxlu ağladı. Mübarək üzünü onun yanağına qoydu. Əsləm Allahın yolunda canını belə qurban verdi.

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930