"İslam hakimiyyətə gələ bilməz" deyənlər və Kərbəla
Mьəllif: admin1
Tarix: 21-08-2022, 10:29
"İslam hakimiyyətə gələ bilməz" deyənlər və Kərbəla
Mərhum Şeyx Hürr Amili (Vəsailüş-şiə) kitabının "Nəfslə cihad" babında "Kafi" kitabına (c. 1, səh. 330) istinadən İmam Sadiq (ə)-dan bir hədis nəql edir:

روي عن أبي عبد الله الصادق (عليه السلام) أن النبي بعث سرية فلما رجعوا قال: مرحباً بقوم قضوا الجهاد الأصغر, وبقي عليهم الجهاد الأكبر. فقيل: يا رسول الله (صلى الله عليه وآله) وما الجهاد الأكبر؟ قال: جهاد النفس

İmam Sadiqdən (ə) rəvayət edilir ki, Peyğəmbər (s) bir gün bir dəstə insanı (müharibə üçün) göndərdi. Qayıdan zaman buyurdu: Afərin kiçik cihadı yerinə yetirən qövmə! Böyük cihad onların öhdəsində qalmaqdadır. Dedilər: Ya Rəsullah (s), böyük cihad nədir? Buyurdu: Nəfslə edilən cihad!

Sual oluna bilər ki, nə üçün bu iki cihad "böyk cihad" və "kiçik cihad" adlanıb? Cavab: Çünki elə mübarək hədisin özünə nəzərdə saldıqda görürük ki, kiçik cihad müəyyən zaman və məkanla məhduddur. Məsələn, Kərbəla döyüşü müəyyən bir ərazidə və zamanda gerçəkləşmişdi.

Bu zaman və məkan tarixdə qeyd olunub. Amma kiçik cihaddan fərqli olaraq böyük cihad zaman və məkan miqyasına sığmayan cihaddır. Bütün zaman və məkanı əhatə edir.

Məsələn, Kərbəla döyüşü böyük cihad idi, zaman və məkan miqyasına sığmayan bir cihad. Kərbəla, təqribən on dörd əsr əvvəl baş versə də, dünyanın hər bir nöqtəsində bu gün belə qeyd olunur.

Bəs sual meydana çıxır? Əgər kiçik böyük olmadığı üçün, yaxud da başqa sözlə desək, bir şey eyni zamanda həm kiçik, həm də böyük ola bilmədiyi halda Kərbəla döyüşü eyni zamanda kiçik və böyük cihad necə ola bilər?

Burada məntiq və fəlsəfə bəhslərində qeyd edildiyi kimi "ictimai nəqizeyn" (iki bir-birini sındıran, batil edən şeyin qarşılaşması) əmələ gəlir.

Amma, əxlaq və irfan əhlinə bu sualın cavabı gün kimi aydındır: Kərbəla döyüşündə həm insanın özüylə cihad etməsi var idi, həm də qeyrisi (düşmən) ilə!

Cihad cihaddır, bu günkü dillə nə ilə əvəzlənir əvəzlənsin. İstər ona müharibə desinlər, istər inqilab, istər devrim, istərsə də başqa bir şey. Amma, təəssüflər olsun ki, hətta bu günün özündə nəinki yad camiələrdə, hətta İslam cəmiyyətində belə "cihad" sözü başqa müasir və xoşagəlməyən terminlərlə əvəzlənib.

Mövcud rejimlər əllərində olan mətbuat vasitəsiylə cihad edən insanları elə ləkələyirlər ki, eşidən deyir "məgər, Əli (ə) namaz qılırdı?" Yaxud da, yumşaq formada reaksiyaları "gördünüz, Allah Hüseyn ibn Əliylə necə rəftar etdi?" şəklində olur.

Bəli, bu gün İslam hakimiyyəti kimi İslam inqilabı da qəbul olunmur. İslam hakimiyyəti və İslami inqilab sanki əlçatmaz olub. Doğrudur, çirkin əllər bu pak hakimiyyətə və inqilaba çata bilməz. Amma pak əllər İslamı ovcunun içində saxlaya biləcək qədər yaxındır İslama...

Siyasilər söz düşdükdə deyir İslam gözəl dindir, amma gərək siyasətə qarışmasın. Demək olar dünyada İİR-nı çıxmaq şərtiylə bütün dövlətlər dünyəvidir. Yəni, din dövlətdən ayrıdır. Sanki Din dövlət olsa dünya dağılar. Yaxud indiyədək din dövlət olmayıb dünya "ağ günə" çıxıb.

Ən yaxşı halda bu siyasilər idarə etdikləri insanların rəğbət və gələcək seçkilərdə səsini qazanmaq üçün İslamı müqəddəs və pak qələmə verib siyasi səhnəyə və hakimiyyətə gəldiyi təqdirdə çirkin əllərdə oyuncaq olcağını və çirkablaşacağını qeyri-səmimi bir şəkildə biruzə verirlər.

Eyniylə İslam Peyğəmbərindən (s) sonrakı İslam dövlətinin aqibətini yaşayacağı praqnozunu verirlər. Guya bununla da, İslama ürəklərinin yandığını göstərməyə çalışıb bacardıqları qədər İslamı siyasi arenadan uzaq tutmağa çalışırlar.

Bununla da "onsuz da İslamda deyilik" deməklə özlərinə təsəlli verib min-bir hoqqadan çıxırlar. Amma dövlət İslam olsaydı özləri "oyundan kənar vəziyyət"də qalacaqları labüddür.

Halbuki ağıllı adam həqiqi islamı öyrənib, dövləti onun dəsturlarıyla idarə etməyə çalışardı. Deməli, açıq-açığına danışdığını bilməyən bu siyasilər demək istəyir ki, bizim əlimiz çirkin, qəlbimiz fitnəylə doludur. Çünki siyasətçiyik.

Amma həqiqətdə Yəzidlə, Müaviyəylə, Əmr Asla eyni siyasəti bölüşməyə kimsə məcbur deyil. Hürr ibn Yəzid Riyahi olub haqq ordusuna qoşulmaq və oradaca cənnətin ən yüksək məqamlarına nail olmaq varkən.

"Çirkin siyasət" məsələsinə gəldikdə isə bu çirkaba batmış insanların "İslam siyasətə qarışmamalıdır" fikrini də məntiq və ağıl sahibləri gərək qəbul etməsin. Niyə? İndi məntiqli nəticəyə gələcəyik:

Deməli, siyasətçi deyir ki, din pakdır, gərək siyasətə qarışmasın;

Və bunu deyənin özü siyasətlə məşğuldur;

Nəticə; Çirkaba batmış bu siyasiyə inanmaq məntiqsizlikdir. Çünki, onun bu fikri (çox böyük ehtimalla) pak suları çirkləşdimək üçündür. (Çünki özü etiraf edir ki, təmsil etdiyi sahə çirkaba batıb)

Amma maraqlı təzad əmələ gəlib; İmam Hüseyn (ə) Kərbəlasından öz hakimiyyətinin dayaqlarını qorumaq naminə suyi-istifadə edib məsciddə, konfransda, meydanda müsəlmanlar önündə gurultulu nitq söyləyən siyasi rəhbərlərin 99 faizi sekular dövlətin başındadırlar.

Özləri də "İslam siyasətə gələ bilməz" xülyalarıyla hədər yerə nəfəs tükədirlər. Bəs görəsən İmam Hüseyn (ə)-ın mübarək inqilabı batinən olduğu kimi zahirən də qələbə qazansaydı və Peyğəmbərin (s) dövləti yenidən qurulsaydı bu siyasi hiyləgərlər yenə də "İslam hakimiyyətə gəlməməlidir" nağıllarını danışacaqdılar?

Cavab bəllidir: Yox, danışmayacaqdılar. Əksinə, "küpə girən qarı" missiyasını öz üzərinə götürən kütləvi informasiya vasitələrinin vasitəsiylə bir yandan "molla rejimi" deyəcək, digər yandan da qardaş-dost ölkə kimi İslam dövlətinin rəsmilərinin əlini sıxacaqdılar.

Bu gün qüdrətli dövlətlərdən biri olan İran İslam Respublikasına məktub, çıxış, rəsmi görüşlərdə "qardaş, dost ölkə" dedikləri kimi. Yaxud da Ali Məqamlı Rəhbərin önündə "özlərini yığışdırıb" ədəbli oturduqları kimi "ağzlarına su alıb" oturacaqdılar. Allah bu insanlar əsil simasını 20-ci əsrin ən xoşbət inqilabı ilə üzə çıxarıb.

Yuxarıda zikr etdiyimiz hədisi əbəs yerə zikr etmədik. Məsələ burasındadır ki, "İslam hakimiyyətə gələ bilməz" demələri çox təbiidir. Çünki diqqət etsəniz bu sözü deyənlərin tamamı böyük cihadın "b" hərfindən xəbərsiz adamlardır.

Böyük cihaddan qalib çıxsaydılar, İslam uğrunda olan kiçik cihadı, İslam hakimiyyətini, İslam inqilabını, dindar kütlənin etirazlarını başa düşər və bu kütlənin bir üzvünə çevrilərdilər. Eyniylə 13 yaşlı Həzrət Qasim (ə) kimi.

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930