İmam Əlinin (ə) mübarək dilindən İmam Zaman ağanın (ə.f) tanıdılması
Mьəllif: admin1
Tarix: 11-04-2020, 11:34
İmam Əlinin (ə) mübarək dilindən İmam Zaman ağanın (ə.f) tanıdılması
Allahın dini – Quranda bəyan olunan kamil dindir. O kəslərə ki, iman gətirib və saleh əməllər yerinə yetirirlər, Allah vədə vermişdir ki, onları yer üzərində öz canişini edəcəkdir.

Onlar üçün hüzur gətirəcək bir dini bərqərar edəcəkdir. Allahın bizə tanıtmaq istədiyi İslam dini də elə budur.

Həzrət Peyğəmbərdən (s) tutmuş, Həzrət Qaimə (ə.f) qədər hər bir İlahi rəhbərin əsil risaləti və vəzifəsi də kamil İslam dinini bərqərar etməkdir.

İmam Əli (ə) Peyğəmbərin (s) ilk canişini idi və özündən sonra rəhbər olacaq İmamları (ə) insanlara tanıtmış və onlar haqqında lazımlı məlumatları vermişdir.

İmam Əlinin (ə) dilindən İmam Məhdini (ə.f) tanımağa çalışaq.

1. Bağışlayandır. İmam (ə) buyurur: “Çox bağışlayandır”.

2. Pənah yeridir. İmam (ə) buyurur: “Möhkəm qala və pənah yeridir”.

3. Salehlər üçün nümunədir. İmam Əli (ə) buyurur: “Hər kim onu dərk edər, onu parlayan məşəl kimi görər ki, salehlər üçün nümunədir”.

4. Bəşərə nicat verəndir. “Bəndləri qırar və insanın insandan sui-istifadəsinə son verər”.

5. Ədaləti bərpa edər. İmam Əli (ə) oğlu İmam Hüseynə (ə) buyurur: “Ey Hüseyn! Sənin doqquzuncu övladın haqq üçün qiyam edəndir. O, dini aşkar edər və ədaləti genişləndirər”.

6. Şadlıq gətirəndir. “Onun gəlişi ilə səma və yer əhli şad olarlar”.

7. Sabitqədəmlilər üçün mükafat vardır. “Bizim Qaim (ə.f) üçün uzun qeyb vardır. Agah olun ki, hər kim o ruzigarda dininə görə sabitqədəm olarsa və qəlbi İmamın qeybinin uzunluğuna görə sərtləşməzsə, Qiyamət günü behiştdə mənimlə və mənim yanımda olacaqdır”.

8. Həzrət (ə.f) üçün dua edir: “Allahım! Onun qeybini qəmlərə son verən qərar ver və onun vasitəsilə ümmət arasında olan nifaqları aradan apar!”.


/Deyerler.org/
Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031