İmam Əlinin (ə) İslam dininə verdiyi tərif
Mьəllif: admin1
Tarix: 19-09-2016, 20:44
İmam Əlinin (ə) İslam dininə verdiyi tərif
Əmirəl-möminin (ə) “Nəhcul-bəlağə”də buyurur: “İslama elə məna verim ki, heç bir kəs məndən əvvəl ona belə məna verməmişdir: İslam – həmin təslim olmaqdır”.
İslam, yəni Allahın əmrləri qarşısında, Peyğəmbərin (s), İmamların (ə) əmrləri qarşısında, ağıl və fitrətin əmrləri müqabilində təslim olmaqdır. Quran buyurur: “Yoxsa onlar Allahın dinindən başqasını axtarırlar? Halbuki, göylərdə və yerdə olan hər bir kəs istər-istəməz (fitri olaraq) Onun qarşısında təslimdir. (Buna görə də, ixtiyari təslimçilik olan din də Ona məxsus olmalıdır). Hamı Ona tərəf qaytarılacaqdır”. (“Ali-İmran” 83).
İmam Sadiq (ə) mühüm bir məktubda belə yazır: “Hər kim təslim olar – İslama gəlmişdir və hər kim təslim olmaz – müsəlman deyildir”.
Hər bir məktəb öz davamçısını müəyyən bir ünvanla ayırar. Misal üçün marksistlərin davamçılarının ünvanı – fəhlə sinfi idi. Çünki bu məktəbin əsil nəzəriyyəsi fəhlə sinfi üzərində qurulmuşdu.
Xristian dini öz davamçılarını Məsihin ardıcılları olaraq müəyyən edir. Onların tək hədəfi budur ki, Məsih haradadırsa, onlar da ora getmək istəyirlər.
Ancaq İslamın xüsusiyyəti belədir ki, öz məktəbinin davamçılarını nə irq, nə peşə, nə təbəqə cəhətdən müəyyən etmir və bunu qəbul etmir. Bu məktəbin ardıcılları ərəblər, ağdərililər, qaradərililər, yoxsullar, zənginlər, asiyalılar, avropalılar və s. ola bilər.
Bu məktəbdə tək bir şey hədəf sayılır, o da Allahla insan arasında olan rabitədir. Yəni, bəndə Allaha təslim olmalıdır, vəhyə təslim olmalıdır, həqiqətlərə təslim olmalıdır.
Ona görə də İslam və təslim sözləri – ayrılmaz sözlərdirlər. Hər kim təslim olar, müsəlman olar. Hər kim təslim olmaz, İslam dinində olmaz.
Əmirəl-möminin (ə) İslama tərif verən zaman buyurur: “İslam – həmin təslim olmaqdır”. Yəni, haqq qarşısında təslim olmaqdır, yəni nə zaman haqla qarşılaşsa, tüğyan və üsyan halında olmasın. Üsuliddin ilə firuddinin fərqi budur ki, firuddin o şeylərdir ki, insan gərək əməl etsin. Ancaq üsulda elm və yəqin lazımlıdır. Bəs üsulda elm və yəqin kifayətdirmi? Belə deyildir. Əlbəttə, etiqad və elm lazımdır ki, ağıl bir şeyi başa düşmədən qəbul etməz. Ancaq üsuliddində etiqaddan savayı, təslim də lazımlıdır. Ona görə də İslam deyildikdə, yəni üsyan etməmək, İlahi əmrlərə boyun əymək nəzərdə tutulur. (Tebyan)

/Deyerler.org/
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930