Nasibi olan Abbasi xəlifəsi
Mьəllif: admin1
Tarix: 16-09-2016, 22:25
Nasibi olan Abbasi xəlifəsi
Üməyyə xilafətinin (661-750) hökmdarları həzrət Əlinin söyülməsi və istehza edilməsini rəsmi şəkildə təbliğ edirdilər. Ömər ibni Əbdüləziz istisna olmaqla.

Lakin Abbasi xilafəti imamlara qarşı zülmkar olsalar belə bu işə əl atmazdılar. Mütəvəkkil Abbasidən başqa.

Mütəvəkkil Abbasinin (822-861) xəlifəlik dövrü on dörd il, iki ay (847-861) olub. Abbasi xəliəfləri arasında ələvilərə, imamlara və Əhli-Beyt sevərlərə ən qənim düşmən olan bu şəxs hicri təqvimi ilə 247-ci il, şəvval ayının 3-cü günü elə öz övladının göstərişi ilə acınacaqlı şəkildə qətlə yetirildi.

Mütəvəkkil Abbasi 233, 236, 237, 247-ci illərdə yəni 4 dəfə İmam Hüseynin məzarını dağıdır və imamsevərlərə məzarı ziyarət etməyi qadağan edir. Hər kim imamın ziyarətinə gedir, onu cəzalandırar və hətta bir neçə məqamda ayaqlarını kəsdirərdi.

O açıq-aşkar şəkildə həzrət Əlini söyərdi. Sünni alimi Şəmsüddin Zəhəbinin sözlərinə görə, O eyş-işrət məclisləri qurar, təlxəklər çağırar və həzrət Əlinin hərəkətlərini istehza edər və yamsılamağı tapşırardı. Şairlərə ənam verən Mutəvəkkil onlara istehzalı şerlərin deyilməsini istəyər daha sonra özü qəhqəhə çəkib gülərdi.

Onun oğlu Müntəsir 247-ci il, 3 şəvval, çərşənbə günü özünün xüsusi qulluqçularına göstəriş verdi ki, atasını qətlə yetirsinlər. Onlar da, Mütəvəkkili şərab içərkən qanını töküb cəhənnəmə vasil etdilər. Elə o gün, camaat Müntəsirlə beyət etdilər. Zalım Mutəvəkkil 39 yaşında ikən öz oğlu tərəfindən qətlə yetirildi.

(Əl-Ğədir: c-2 , səh-175)

Oxşar xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031