3 dəfə piyada ziyarətə gedən şah
Mьəllif: admin1
Tarix: 11-09-2016, 13:08
3 dəfə piyada ziyarətə gedən şah
Məsum İmamların (ə) ziyarətinə piyada getmək şiələr arasında qədim adət-ənənələrdən biridir. Bu ənənəyə adi camaatdan başqa din alimləri və şahlar da riayət ediblər. Tarix bir çox belə mövzuları özündə qeyd etmişdir. Lakin hamısından məşhur Böyük Şah Abbasın ziyarət səfərləridir. Tarixi qaynaqlara görə Böyük Şah Abbas Müqəddəs Məşhəd ziyarətinə 3 dəfə piyada getmişdir; hicri qəməri 1006-cı il, 25 zilhiccə, 1008-ci il və 1009-cu il.
Şah öz nəzrini yerinə yetirmək üçün İmam Rizanın (ə) ziyarətinə piyada getmək istəyir. Lakin Şeyx Bəhayi və Mirdamad şahın əziyyət çəkməməsi üçün onu bu işdən çəkindirməyə çalışırlar. Şah istixarə elətdirir. İstixarədə bu ayə gəlir: “Nəleynini çıxart, çünki sən müqəddəs vadidə - Tuvadasan!”
Şah Abbas deyir: Siz mənim işimi bir az da çətinləşdirdiniz, (piyada getmək istəyirdim), indi gərək ayaqyalın gedim.
Tarix yazır: Böyük Şah Abbasın piyada Məşhəd ziyarətlərindən biri də 1008-ci ilin qış ayları idi. O bütün qışı İmam Rizanın (ə) hərəmində xidmətçi kimi işləyir, hərəmin təmir, bərpa və gözəlləşdirmə işləri ilə məşğul olur, həmçinin təmizlik işlərinə, şamların və çıraqların düzəldilməsinə kömək edir.
Böyük Şah Abbas həmçinin 1009-cu ildə nəzrini yerinə yetirmək məqsədilə piyada İmam Rizanın (ə) ziyarətinə yola düşür. Bunun üçün 28 gün yol getməli olur. Bu səfərində şah hərəmin genişləndirilməsi göstərişini verir və ilk dəfə olaraq İmam Rizanın (ə) hərəminə qızıl günbəz qoyulması işi başlanılır. Bu iş 1016-cı ildə başa çatır.

Qaynaq: İskəndər bəy Münşi, “Tarixi aləm arayi Abbasi”, c. 1, səh. 206.
Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930