Müjdə hesab edilən xəbərdarlıq
Mьəllif: admin1
Tarix: 6-09-2016, 10:10
Müjdə hesab edilən xəbərdarlıq
Peyğəmbər insanların təbibidir. Onların ruhları xəstələndikdə müalicə edir. Bu istiqamətdə bəzən Peyğəmbər insanlara xeyirxahlıqla dolu xəbərdarlıqlar edir. Onun xəbərdarlığı bir ürəkyandıran təbibin xəbərdarlığına bənzər.

Peyğəmbər ilk dəfə risalətini məkkəlilərə çatdıranda bir həyəcan fəryadı çəkib onları Məkkənin kənarına topladı və onlara üz tutub dedi:

“Əgər mən sizə desəm ki bu dağın arxasında düşmənlər sizə hücuma hazırlaşırlar mənə inanacaqsınız?! Bütün insanlar bəli Sən yalan danışmazsan, Sən əmin və düzgün danışansan Sənə inanırıq. Bu zaman peyğəmbər “bilin ki ölüm və ondan sonra cəhənnəm sizlərin intizarındadır, ona görə tək olan Allaha iman gətirin və bəladan qurtarın””

Amma Məkkə əhli onun xəbərdarlığını qulaq ardına vurdular.

Daha bir misal gətirək:

Niyə bizi yaxşı işləri tərk etdiyimizə və pis işlərin sahibi olduğumuza görə danlayanda narahat oluruq?!

İnsan yaxşı sözləri qəbul etmək iqtidarında olmalıdır. Bunun üçün lovğadan, təkəbbürdən uzaq olmalıdır. Qəlbində kin-kudürət və paxıllığı olan dostunun xəbərdarlığını da eşidə bilməz. Mənfəətpərəst və malpərəst insan da yoldaşının xəbərdarlığını eşidməyə qadir olmaz. Korkoranə sevgi də insanın gözünü kör, qulağını kar edər və nəticədə mənfiləri görməz və bununla bağlı xəbərdarlıqları həsəd kimi qələmə verər.

Quranda buyurulur ki, Peyğəmbər müjdə ilə yanaşı həm də xəbərdarlıq edən və qorxudandır. Məhəmməd Peyğəmbərin xəbərdarlığı əslində istila vasitəsi kimi anlaşılmamalı əksinə insanın xöşbəxtliyi üçün lazımi bir müraciət növü kimi qəələmə verilməlidir. O təbib olduğu üçün bəzi xəstəliklər barədə xəbərdarlıq edir və onun xəbərdarlığı da bir bəşarət və müjdədir.

Həzrət Əli buyurub: “Sənə bir şeyin təhlükəsi barədə xəbərdarlıq edən, sənə müjdə verən şəxs kimidir”

Nəticə etibarilə bizi tənqid edənləri əslində daha çox dinləməliyik. Bizə xəbərdarlıq edənlərə daha çox qulaq asmalıyıq. Bu insanın şəxsi inkişafı üçün ən əsas amillərdən biridir. Bir sözlə özümüzə digərlərin eynəyi ilə də baxmağı bacarmalıyıq.islaminsesi/

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031