İnsana çatan müsibətlərin səbəbi nədir?
Mьəllif: admin1
Tarix: 7-11-2023, 10:19
İnsana çatan müsibətlərin səbəbi nədir?
Bu həyatda insana çatan müsibətlərin səbəbi nədir?

Quranda oxuyuruq: “Sizə yetişən müsibətlər özünüzün qazandığınız günahlara görədir və O, (hələ) onların çoxundan keçir”. (“Şura” 30).

Müsibət dedikdə, insanın düçar olduğu hər bir xoşagəlməz hadisə nəzərdə tutulur. Sanki uzaq yoldan insanı niyyət edərək gələr və insana yetişər. Yuxarıdakı ayə buyurur ki, bu müsibətlərin səbəbkarı – günahlarınızdır. Allah Təala hətta onların çoxunu sizin üçün bağışlayır və əfv edir.

Müsibət dedikdə təkcə insana çatan deyil, cəmiyyətə üz verən müsibətlər də nəzərdə tutulur. Sel kimi, zəlzələ kimi. Yəni, bir cəmiyyət məhz etdiyi günahlarına görə bu müsibətə düçar olar.

O zaman ki, insan həyatın xoşagəlməz hadisələri arasında əsir olar, bəla tufanı onu əhatə edər – şikayət və giley ağzını açar və zamandan, məkandan şikayət edər.

Lakin insan bilməz ki, bu müsibətlərin bir çoxu etdiyi günahlarına görədir. Təqsirkar özüdür. Allah Təala buyurur ki, ey insan, əvvəl özünə bir nəzər sal! Görəcəksən ki, təqsirkar özünsən.

İnsan əməli ilə varlıq aləmi arasında qəribə bir bağlılıq vardır. Əgər cəmiyyət əməl və əqidəsini Allah bəyənən kimi yerinə yetirərsə, ona çoxlu xeyir və bərəkət çatar.

Əgər fəsada əl atarsa - yer və göy də məhv olar.

“Nəhcül-bəlağə”nin xütbələrindən birində oxuyuruq: “Heç bir millət həyatın naz və nemətinin ağuşundan götürülməz, məgər etdiyi günahlarına görə. Çünki Allah heç bir zaman bəndələrinə zülmü rəva bilməz.

Nə zaman insanlar bəla nazil olan zaman və ya nemət aradan gedən zaman sadiq niyyətlə Allah dərgahında yalvarsalar, İlahi mehrlə dolu qəlblə Ondan aradan qaldırmasını istəsələr - təbiidir ki, əllərindən gedən şey onlara qayıdar. Hər cür fəsadı onlar üçün islah edər”.

İmam Əlidən (ə) gələn hədisdə oxuyuruq: “Bəla - zalım üçün tərbiyədir, mömin üçün - imtahan, peyğəmbərlər üçün - dərəcə, övliyalar üçün - kəramət və məqamdır”.

Beləliklə deyə bilərik ki, bizim əməllərimizlə varlıq aləmi arasında rabitə mövcuddur. Əməllərimiz xarici hadisələrə təsir edə bilir.

Lakin Qurani-Kərim buyurur ki, müsibət qarşısında təslim olma. Əksinə, onu aradan qaldırmaq üçün çalış. Zülmə, xəstəliyə təslim olma.

Əgər səy göstərdikdən sonra da bəla davam etsə, bil ki, elə bir günah etmisən ki, kəffarəsi ətəyindən yapışıbdır. Keçmiş günahlarını yadına sal və onlara görə tövbə et.

İnsana yetişən bəla – bir növ Allahın xəbərdarlığıdır. Bu cür bəlalar insanın səbrini artırar və imanını gücləndirər. Onu tərbiyə edər. Qəlbində və canında İlahi sevgi və məhəbbət güclənər.



/Deyerler.org/
Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031