Ağıllı müsəlmanın göstəricisi olan 10 xislət
Mьəllif: admin1
Tarix: 15-08-2016, 22:39
Ağıllı müsəlmanın göstəricisi olan 10 xislət
“Müsəlmanın ağlı (düzgün və sağlam düşüncə tərzi) bu 10 xislət olmayınca kamilləşməz.

1- İnsanlar bu müsəlmandan yaxşılığı görüb, gözləyərlər

2- İnsanlar möminin pisliklərindən amanda olarlar (Yəni müsəlmandan insanlara pislik dəyməz)

3- Bu müsəlman digərlərinin az olan yaxşılığını çox kimi görər

4- Özünün etdiyi yaxşılıqları az hesab edər.

5- Digərləeinin çoxsaylı istək və tələblərindən yorulmaz

6- Elm ardınca gedəndə yorulmaq nədir bilməz

7- Allah yolunda kasıbçılıq çəkmək onun üçün, itaətsizlik yolunda varlılıqdan üstündür

8- Pərvərdigar qarşısında alçalmaq onun üçün Allah düşməni qarşısındakı hörmət və izzətdən üstündür.

9- Onun üçün tanınmaz qalmaq, şöhrət və ad-sandan daha üstündür

Bu zaman imam biraz susdu. Yerdən biriləri o həzrət soruşdu: Bəs onuncu nədir?

İmam buyurdu:

10- cu odur ki, müsəlman, birini gördüyü zaman fikirləşər ki bu adam məndən yaxşı və daha imanlıdır.islaminsesi\

Oxşar xəbərlər
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930