Məsumların qənaətlə bağlı səhabələrə verdiyi tövsiyələr
Mьəllif: admin1
Tarix: 10-08-2016, 21:48
Məsumların qənaətlə bağlı səhabələrə verdiyi tövsiyələr
İnsanlar hər gün iqtisadi sahədə çoxlu səylər edirlər. Ancaq bu fəaliyyətlərinin bir çoxu həqiqi deyildir, insanın tamah hissindən qaynaqlanır. Əgər bir an təfəkkür etsə görər ki, insan qənaət edərək, daha rahat və sakit bir həyata malik ola bilər.

Səhabə Əbu-Nizəl tarladakı torpağı belləyirdi. Uzaqdan İmam Əlini (ə) görür ki, ona tərəf gəlir. Belini yerə atıb, İmamı (ə) qarşılamağa gedir. İmam (ə) üzünü ona çevirib buyurur: “Yeməyə bir şeyin varmı? Əbu Nizəl tarlasından topladığı küduları yağda qızartmışdı və onun yarısını yemişdi. Yarısı isə qabın içində qalmışdı. Ancaq xəcalət çəkir ki, onu yemək adlandırsın. Deyir: “Bir şey var, ancaq sizin üçün layiqli deyildir”. İmam (ə) buyurdu: “Hər nəyin varsa, gətir”. Əbu Nizəl xəcalət çəkərək, yeməyi İmamın (ə) qarşısına qoyur. İmam (ə) ayağa qalxdı və yaxınlıqdakı çayda əllərini yuyub, yeməyə başladı. Bir qədər ondan yedi və sonra yenə ayağa qalxdı və torpaq və gillə əlindəki yağı aparıb, suda yudu. Gəlib, Əbu Nizəlin yanında əyləşdi. Sonra əli ilə mədəsinə işarə edərək, buyurdu: “O mədə ki, bu qədər az yeməklə qane olar, heç bir zaman özünü sadə yeməklərə qane olmadığına görə cəhənnəm atəşinə atmaz. İmam (ə) sonra beli götürür və buyurur: “İstəyirəm ki, Əbu Nizəlin verdiyi yemək qədər bu tarlada işləyəm”.

Bu hədisdən görmək olur ki, həqiqi olmayan ehtiyacların bir çoxuna görə bu qədər səy göstərməyin mənası yoxdur.

Müasir dövrün insanları xoşbəxtliyi və səadəti rifahda və mal çoxluğunda görürlər. Bu cür insanlara müsəlmanların arasında da rast gəlmək olur. Onlar belə düşünürlər ki, insan nə qədər çox qazanc əldə edərsə, daha çox bəhrələnmiş olar. Ancaq tarix bizə başqa şeylər söyləyir.

Ərəb bir kişinin dəvə sürüsü sakitcə səhradan keçirdi. Sürü Peyğəmbərin (s) qarşısından da keçdi. Peyğəmbər (s) səhabələrindən birinə nəzər salıb buyurdu: “Dəvəçinin yanına get və bir qədər süd istə!” O, dəvəçinin yanına gəlir və bir qədər süd istəyir. Dəvələrin sahibi deyir: “Bu dəvələrin yelində olan süd qəbilənin səhər yeməyi və qablarda olan isə şam yeməyi üçündür”. O, qayıdır və eşitdiklərini Həzrətə söyləyir. Həzrət Peyğəmbər (s) buyrur:” Allah onun malını və övladlarını artırsın”.
Peyğəmbərimiz (s) yoluna davam edir və qoyun sürüsünə rast gəlir. Həzrət (s) bir nəfəri çobanın yanına göndərir ki, bir az süd alsın. Çoban Peyğəmbərin (s) süd istədiyini eşidən kimi qoyunları sağır və hamısını Həzrətə (s) göndərir. Çoban o qədər sevinir ki, hətta qoyunlardan birini səhabəyə verir ki, Həzrət (s) üçün aparsın. Peyğəmbər (s) üçün yemək hazırlayır. Sonra isə üzrxahlıq edir ki, bundan artıq yanında bir şey yoxdur. Səhabə geri qayıdır və çobanın göndərdiklərini Həzrətə (s) verir. Peyğəmbərin (s) çobanın bu rəftarı xoşuna gəlir və əlini göyə açıb buyurur: “Pərvərdigara! Ona qənaət etməyi nəsib et!”. Səhabələrdən biri irəli gəlir və deir: Ey Allahın Rəsulu! Siz o dəvəçiyə görə elə dua etdiniz ki, hamımız bizim üçün bu cür dua etməyinizi istəyirik, halbuki o, sizə süd verməyi əsirgəmişdi. Allahdan istədiniz ki, övladını və malını artırsın. Ancaq sizə həm süd və həm qoyun göndərən bir çoban üçün elə dua etdiniz ki, biz onu xoş hesab etmirik. Bunun səbəbi nədir?
Peyğəmbər (s) buyurur: Bilin ki, əgər insanın az malı olsa və qənaət etməyi bacarsa, çox malı olmağından daha yaxşıdır. Sonra əllərini göyə qaldırıb buyurdu: Allahım! Muhəmmədə (s) və ailəsinə həyatda qənaət etməyi inayət buyur!”.İslaminSesi\

Oxşar xəbərlər
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031